Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
11:15
744
Azərbaycan məmurları Londondakı mülklərini itirə bilər
Yeni qaydalara görə, həmin mülklərin sahiblərinin bu evlərdə daimi yaşaması məcburi şərt olacaq

Londonda dəbdəbəli mülk və mənzillər almağa xüsusi maraq göstərən Azərbaycan məmurları və oliqarxları Britaniya paytaxtında yeni problemlə üzləşə bilər. Virtualaz.org saytı Britaniya KİV-lərinə istinadən xəbər verir ki, Londonun Kensinqton və Çelsi rayonlarının yerli hakimiyyət orqanlarının yeni mülklərin tikintisi, köhnə tikililərin bərpası və yenidənqurulması qaydalarına dəyişiklik etməyə hazırlaşması burada mülk sahibi olan və ya olmaq istəyən şəxslərin qarşısında yeni baryerlər qoya bilər. Məsələ burasındadır ki, yeni qaydalara görə, həmin mülklərin sahiblərinin bu evlərdə daimi yaşaması məcburi şərt olacaq.

“London rayonlarının yerli hakimiyyətləri tərəfindən hazırlanan hesabatda deyilir ki, Londondakı “Herrods” univermağından cənub tərəfdəki küçələr “mülk al, çıx get” sxeminin müntəzəm tətbiq olunduğu ərazilərə çevrilib. Milyarderlər məhz bu ərazilərdəki daşınmaz əmlaka xeyli sərmayə yatırırlar. Bundan sonra isə evlərinin işığını söndürüb, qapılarını bağlayıb çıxıb gedirlər. Boş qalan bu evlər isə onlara ildən-ilə əlavə pullar qazandırır. Belə ki, bu ərazidə daşınmaz əmlak durmadan bahalaşır” - deyə Britaniya mətbuatı yazır.

Londonun bir çox ən bahalı və dəbdəbəli küçələrində hər 4 evin birində yaşayış var. Burada, məsələn, “Herrods” univermağı ilə üzbəüz küçədəki mənzillərin qiyməti isə 20 milyon funt-sterlinqdən başlayır. Həmin ev və mənzillərin sahibləri əsasən əcnəbilərdir.

Yada salaq ki, Bakıda yaşayan bir çox məşhur azərbaycanlılar da Londonun bu rayonunda daşınmaz əmlak alıblar. Londonun dəbdəbəli evlər olan rayonlarının yerli hakimiyyətləri isə bu tendensiyanın qarşısını almağa çalışırlar. Onlar “mülk al, çıx get” sxeminin dəyişdirilməsinin vacib olduğunu bildirir. Çıxış yollarından biri kimi isə boş saxlanan ev və mənzillərə görə vergi yükünün artırılması göstərilir. Belə mülklərin sahiblərinə qarşı hətta məhkəmə iddialarının qaldırılması variantı ətrafında da müzakirələr gedir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2128

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1789

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
551

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
106

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1921

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
91

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
115
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 13:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru