Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
21:41
485
Azərbaycanlı İŞİD-çilər: 500-1000 dollar verirlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. 

AzNews.az-a açıqlama verən Elçin Behbudov MTN-də saxlanılan vəhabi təriqətinə qulluqda təqsirləndirilən 3 şəxslə görüşdüklərini bildirib: “Monitorinq zamanı Lənkəran sakini Heydərov Zaur Naib oğlu, Ağsu sakini Əhmədov Taleh Mahir oğlu və Xaçmaz sakini Ağcabəyov Rüfan İsrafəddin oğlu ilə görüşdük. Hər üç şəxs dövlət tərəfindən vəkillə təmin olunub. Saxlanma şəraitlərindən şikayətləri, istintaqın gedişatından narazılıqları yoxdur. Hər üçü Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən təqsirləndirilir. Onların hər biri Suriyaya getdiklərinə görə çox peşmandırlar. Özlərini günahkarlar bilirlər. Çünki qaçaq yolu ilə Türkiyədən Suriyaya keçiblər.

 

Zaur Heydərov və Taleh Əhmədov bildirdilər ki, Suriyaya getsələr də onları orada qəbul etməyiblər. Rüfan Ağcabəyov isə 2013-cü ildə Suriyada gedən döyüşənlərə görə ona hər ay 50 dollar verildiyini dedi. İndisə ora gedənlərə 500-1000 dollar verirlər. Əvvəl gedib gəlmək asan idi. Hazırda isə gedənləri geri qayıtmağa qoymurlar. Suriyaya gedən kişilər mütləq saqqal saxlamalıdırlar. Saqqal saxlamayan kişilər karserə salınır və saqqalı uzanana kimi orada qalır. Namaz qılmayanlara 40-50 şallaq vurulur”. 

Elçin Behbudov MTN-də saxlanılan Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov, Bayraq Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovla görüşə bilmədiyini qeyd edib: “Hər üçü ilə görüşə bilməsəm də, onların həkimi ilə görüşüb danışdım. Mənə bildirildi ki, hər üçü həkim nəzarətindədir. Səhhətlərində heç bir problem yoxdur”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
450

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
40

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
965

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2795

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2656

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1959

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1271

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1941

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2777

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
91
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 02:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru