Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
17:10
964
Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb - FOTOLAR
QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir

Bu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı. Ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də çətinliklər davam edib. Həmvətənlərimiz ziyarəti başa vursalar da, təşkilati işlərin yarıtmazlığı ucbatından son bir neçə günü hava limanı və otellər arasında qalıb. 

Bizə çatan məlumata görə, Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən oteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub. 

Bu barədə Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar. 

Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar. Zəvvarlar səhər hava limanına getsələr də, burda bildiriblər ki, Azərbaycan tərəfi vaxtında uçuş üçün icazə almadıqları üçün reys təxirə salınıb. Səhər saat 5-ə təyin olunan reys artıq axşam 7 üçün nəzərdə tutulub, amma bu vaxtın özü də dəqiq deyil. Çünki ötən müddətdə 4-5 dəfə reysin saatı dəyişdirilib. 

Zəvvarlar yazır ki, otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib. Təşkilatçılar isə bütün bunları gördükdən və zəvvarların etirazlarını gördükdə qaçıb yoxa çıxıblar. Əsas təşkilatçı rəhbər Şeyxülislamın qaynı Əjdər adlı adam olsa da, artıq o da zəvvarların narazılığını gördükdən sonra yoxa çıxıb, hətta zənglərə də cavab vermir. 







Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
623

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
36

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru