Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
12:20
İran səfirliyi Mina faciəsinin qurbanları ilə bağlı tədbir keçirib

Bu il həcc mövsümü zamanı bir çox İranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasında dövlət rəsmiləri və Azərbaycan Respublikasında yerləşən xarici diplomatların öz ürək sözləri və başsağlığını bildirmək üçün xüsusi xatirə kitabı açılacaqdır.

İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi bu xəbəri verərək bildirmişdir ki, İran səfirliyinə gəlib xatirə kitabını imzalamaq mərasimi sentyabr ayının 30-u çərşənbə günü və oktyabr ayının 1-i cümə axşamı saat 10.00-dan etibarən 16.00-a qədər davam edəcəkdir. Qeyd etmək lazımdır ki, bu xəbər Xarici İşlər Nazirliyi və Bakıda yerləşən digər səfirliklərə rəsmi olaraq bildirilmişdir.

Mətbuat katibi bir çox ölkələrdən gəlmiş hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğuna işarə edərək dedi: "Bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə öz minnətdarlığını bildirir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
280

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
406

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1284
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 12:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru