Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
21:59
501
AŞPA Azərbaycana müşahidəçi göndərəcək - SON QƏRAR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün- sentyabrın 28-də Strasburqda işinə başlayıb.

Dördüncü payız sessiyasında ilk olaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidəçi göndərilməsi müzakirə edilib. Bu barədə sessiyada müşahidəçi qismində iştirak edən Nigar Yaqublu məlumat verib. Bəzi parlamentarilər Azərbaycana müşahidəçi missiyasının göndərilməsinin eleyhinə olublar. 

N.Yaqublu bildirib ki, uzun müzakirədən sonra ispaniyalı parlamentari Jordi Xuclanın rəhbərliyi ilə 32 nümayəndənin göndərilməsi səsverməyə çıxarılıb və qəbul olunub. Səsvermədə 17 nəfər lehinə, 10 nəfər əleyhinə səs verməklə qərar qəbul edilib. 

Qeyd edək ki, sessiyanın əsas mövzusunun Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacağı bildirilir. Həmçinin, pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında” məruzə təqdim ediləcək.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.

Sessiya oktyabrın 2-dək davam edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
246

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
163

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
195

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
228

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
258

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
247

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
819

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
624
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 02:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru