Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
16:26
Bakı metrolarında intiharın qarşısını almaq üçün YENİLİK

Bu gün dünyanın bir neçə qabaqcıl ölkəsindən metrolarda baş verəcək hadisələrin qarşısını almaq üçün aralıq divarları quraşdırılmağa başlanılıb. Artıq bir neçə ildir ki, həmin ölkələrdə bu təcrübədən geniş istifadə olunur və müsbət nəticələr əldə edilməyə başlanılıb.

Belə ki, qatar stansiyada daxil olub dayandıqdan sonra qapılar divar qapıları ilə eyni vaxtda açılır, sərnişinlər qatara daxil olur və ya qatarı tərk edirlər. Bundan sonra qapılar eyni vaxtda bağlanır, qatar isə növbəti stansiyaya hərəkət edir.

Qeyd edək ki, həmin divarlar sərnişinləri qatarların sürətli hərəkəti zamanı yaranan küləkdən qoruyur, o cümlədən psixoloji problemləri olan sərnişinlərin intihar etmək cəhdinin qarşısını alır.

Son vaxtlarda Bakı Metropolitenində intihar hadisələrinin artması bu divarların quraşdırlması məsələsini gündəmə gətirib. Bir çoxları düşünür ki, əgər belə divarlar olarsa, intihar və digər xoşagəlməz hadisələrin qarşısını alacaq.

Bəs, Bakı metropolitenində necə, bu divarların qurulması mümkündürmü? Əgər mümkünsə, metrostansiyaların təmiri zamanı metropoliten rəhbərliyi niyə bu məsələnin həllini layihələşdirməyə salmır? Yaxın gələcəkdə belə divarlar tikilə bilərmi?

Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nəsimi Paşayev SalamNews-a açıqlamasında, artıq bir neçə ölkədə aralıq divarlarının olduğunu təsdiq edib: "Ancaq bunlar yalnız yeni istifadəyə verilən satansiyalarda quraşdırılır. Əvvəlki satansiyaların heç birində isə yoxdur. Bu da onunla bağlıdır ki, istinad divarlarının tikintisi əvvəlcədən layihələndirilməyə salınır. Belə ki, bu divarlar qatarla bərabər işləməlidir, yəni qatar stansiyada dayanan zaman istinad divarlarındakı qapılar qatarın qapıları ilə sinxron qaydada açılmalıdır. Bu proses tam dəqiq işləməlidir. Bakı Metropoliteninin bütün stansiyaları keçmiş SSRİ dövründə tikildiyi üçün belə yeniliklər nəzərə alınmayıb".

N.Paşayev sonda vurğulayıb ki, gələcəkdə tikiləcək yeni stansiyaların layihələndirilməsi zamanı bu kimi məsələlər nəzərə alınacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43250

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41548

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43164

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42637

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43099
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 22:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru