Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

İslamazeri.az-ın verdiyi xəbərə görə, ötən gün gənc jurnalist bu il Həcc mövsümündə baş vermiş ardıcıl bir neçə hadisə ilə bağlı, həmçinin bu müqəddəs günlərdə Səudiyyə və rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə ardıcıl aviazərbələr endirməsi barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin Abdullah əl-Səlimə 2 dildə (İngilis və Azərbaycan) açıq məktub göndərib.
Məktubun Azərbaycan dilində olan versiyasını oxuculara təqdim edirik: Salam olsun Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimə! Mən azərbaycanlı, gənc jurnalist olaraq sizə bir neçə sual ünvanlayıb onları cavablandırmağınızı xahiş edirəm. Ümid edirəm məktubumu cavabsız qoymayacaqsınız. Öncədən təşəkkürlər.
1. Bildiyimiz kimi hər il Məkkəyə, Allahın evini ziyarət etmək üçün dünyanın dörd bir yanından milyonlarla insan axın edir. Hər il Həcc mövsümündə xırda problemlər yaransa da, bu il bir neçə hadisənin ardıcıl baş verməsi və ən son “şeytan daşlama” mərasiminə yollanan zəvvarlarla bağlı məlum dəhşətli hadisə... Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda ölənlərin sayının 753, yaralıların sayının isə 887 nəfərə çatdığı bildirildi. Bu ilin sentyabr ayında səudiyyəli General-mayor Mənsur əl-Turki "təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməyə çalışırıq" -deyə mediaya açıqlama vermişdi. Bundan əlavə bu il Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin ölkə tarixində misli görünməmiş tədbirlərə əl atdığı, həmçinin Məkkədə zəvvarların təhlükəsizliyini təmin edənlərin sayı 100 min nəfər (sadəcə polis sayı 15 min nəfər) və Kəbədə təhlükəsizlik videomüşahidə kameralarının sayı 5 minə çatdırıldığı söylənmişdi. Mərkəzə bilavasitə Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Məhəmməd bin Naifin rəhbərlik edəcəyi qeyd olunmuşdu.
Cənab səfir, bu qədər tədbirlərdən sonra baş verən hadisələrin məntiqi açıqlamasını söyləyə bilərsinizmi? 2 milyondan çox zəvvarın təhlükəsizliyi mövzusunda olan bütün məsuliyyətlərini Səudiyyə krallığı üzərinə götürübsə, bir Həcc mövsümündə ardıcıl baş verən 4 hadisədə ölənlərin qanı kimin boynuna yazılır?
2. Siz artıq 1 ildən çoxdur Yəmənə olan müdaxiləni hüquqi sayıb, keçmiş prezident Mansur Hadini ölkənin qanuni prezidenti bilirsiz. Husilərin hökumət dairələrini nəzarətə almasını isə qeyri-qanuni hesab edərək bu minvalla ərəb liqasını öz çətiriniz altında birləşdirdiniz. Yəmənə qarşı koalisiya yaradıb, söylədiniz ki, Husilər çevriliş edərək Səna şəhərini ələ keçirib. Biz Yəməndə çevrilişlə hakimiyyətə gəlməyə icazə verməyəcik.
Cənab səfir, bir jurnalist kimi sizə kiçik xatırlatma vermək istəyirəm. Mansur Hadi 2011-ci ilin fevralında ərəb baharı hadisələrindən sonra iki illiyə hökumət başçısı seçilmişdi. İki il tamam olduqda (2013-cü ilin martında) vəzifəsinin müddəti bitdi və bununla da prezidentlik vaxtı tamam oldu. Mart ayında Beynəlxalq Dialoq Konfransı heyəti bir araya gələrək, Mansur Hadinin vəzifəsini 1 il daha uzatdı. Yəni, Mansur Hadinin vəzifəsi 2014-cü ilin martına qədər davam etdi. Qısacası Əli Abdullah Salehin getməsindən sonra Mansur Hadi 2011-ci ildə iki illiyinə vəkalət üzərində prezidentlik vəzifəsini icra etdi. 2013-cü ildə vaxtı tamamlandı və həmin il Beynəlxalq Dilaoq Təşkilatı prezidentlik müddətini 1 il də artırdı. 2014-cü ilin mart ayında isə bu müddət də tamamlandı. Bununla da, Mansur Hadinin qanuni prezidentliyindən əsər-əlamət qalmadı. Vəzifəsindən istefa verib gedəndən bir müddət sonra koalisiya qüvvələri qulağına pıçıldadı və Mansur Hadi yenidən geri döndü. Əgər hadisələr bu qanunilik çərçivəsində olursa, niyə Səudiyyə Ərəbistanı 2011-də Tunisdə, Misirdə olan çevrilişlərə bu cür reaksiya vermədi? Niyə o zaman belə bir koalisiya quraraq Zeynəlabidin bin Əlini Tunisə, Hüsnü Mübarəki Misirin prezidentlik postuna qaytarmaq üçün cəhd etmədi? Nəticədə onlar da keçmiş qanuni prezidentlər idilər. Və həmçinin rəhbərlik etdiyiniz koalisiya qüvvələri, 1948-ci ildən Fələstində zülmə məruz qalan müsəlmanların ağ günə çıxması üçün bu günə kimi niyə bir iş görməyib? Nəticədə hər il ərəb dünyasının gözü önündə İsrail zülmünə məruz qalan yüzlərlə, minlərlə müsəlman həyatını itirir...
Elçin Həsənov, jurnalist-araşdırmaçı

İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq
13
Dekabr
Hərbi qulluqçuların icbari şəxsi sığortası və pensiya təminatı ilə bağlı - SƏRƏNCAM
13
Dekabr
Təhsil Nazirliyi: 3 müraciətə dair materiallar hüquq-mühafizə orqanlarına göndərilib
13
Dekabr
Bakıda vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO
13
Dekabr
Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək
13
Dekabr
“EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
13
Dekabr- 13-12-2019 15:22 Bakıda və regionlarda yeni hotellər açılacaq
- 13-12-2019 14:04 Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
- 13-12-2019 13:45 Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib
- 13-12-2019 13:04 Şənbə gününün hava proqnozu açıqlanıb
- 13-12-2019 12:55 Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi
- 13-12-2019 11:25 “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
- 12-12-2019 18:40 102,0 FM tezliyi üzrə sənəd qəbulu başa çatıb
- 12-12-2019 18:23 Yol polisi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
- 12-12-2019 12:39 DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
- 12-12-2019 12:35 Sabahın hava proqnozu açıqlanıb
- 12-12-2019 12:10 Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı
- 11-12-2019 18:48 Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb
- 11-12-2019 16:34 Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək
- 11-12-2019 16:33 Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
- 11-12-2019 15:41 Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb
- 11-12-2019 13:16 "EuroHome"dakı sahibkarlara kompensasiya veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
- 11-12-2019 13:03 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb
- 11-12-2019 12:53 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
- 11-12-2019 12:31 Sabah Azərbaycanda hava yağmursuz olacaq
- 11-12-2019 12:21 DYP-dən həyacan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
- 11-12-2019 12:18 Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ
- 11-12-2019 11:48 "EuroHome"dakı sahibkarlar Bakı-Sumqayıt yolunu bağladılar - VİDEO
- 11-12-2019 10:58 Bülletenlərin DSK-lara paylanmasına başlanıb
- 10-12-2019 17:01 Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
- 10-12-2019 15:06 İordaniya Kralı Azərbaycana rəsmi səfərə gəlib