Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
11:45
486
Azərbaycanda vətəndaşlıqdan imtinaya məhkəmə baxacaq

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir, yeni səlahiyyətlər müəyyənləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilir.

Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir: "Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.

Xatırladaq ki, Konstitusiyanın 109-cu maddəsi “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlanır və burada 20-ci bənd Prezidentin səlahiyyətlərində “vətəndaşlıq məsələlərini həll edir” kimi əsas götürülür.

Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin (“Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində”) ləğvi də nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2128

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1789

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
551

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
106

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1921

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
91

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
115
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 13:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru