Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

28 Sentyabr

2015
09:46
1112
Azərbaycanda adam oğurlayan banda peyda olub

Mütəşəkkil dəstənin Bakıda bir generalın nəvəsini, Gürcüstanda isə zəngin biznesmenin xanımını oğurladığı iddia olunur...

Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarması haqda məlumat var. Sensasion sayıla biləcək məlumata görə, Heydər adam oğurlayan bandanın əsas başçılarından biridir. O və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır. Onlar Bakıda kirayə evlərdə yaşayıblar.

Banda Gürcüstanda bir zəngin biznesmenin xanımını oğurlayıb. Belə məlumat var ki, qadının geri qaytarılması üçün yaxınlarından 4 milyon dollar tələb olunur. Məlumatda bildirilir ki, banda üzvlərinin bir çoxu Gürcüstandakı cinayətdən sonra Azərbaycan ərazisinə keçiblər. Oğurladıqları qadının harada saxlanıldığı isə  bilinmir. Onu Gürcüstan ərazisindəki gizli ünvanda saxladıqları ehtimal olunur. 

Bandanın Azərbaycan ərazisində də fəaliyyətdə olduğunu söyləməyə əsas verən xəbər də var. Belə ki Bakıda baş tutan nişan mərasimlərindən birindən bir uşaq oğurlanıb. Həmin uşağın istefada olan bir generalın nəvəsi olduğu bildirilir. Generalın yaxınlarının hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri haqda məlumat yoxdur.  

Azərbaycan hüquq-mühafizə orqanları bandanın izinə düşə bilib. Heydərin Sumqayıtda yaşayan qohumları və  əmiləri tutulub. Corat və Pirşağı bağlarında da keçirilən xüsusi əməliyyatlar zamanı bandanın bir neçə üzvü yaxalanıb. 

Heydər də daxil olmaqla bandanın rəhbərliyində olan bir neçə şəxs qaça bilib. Onların qeyri-leqal yollarla Gürcüstan ərazisinə keçdiyi deyilir. Belə ki Sumqayıtda və bağ massivlərində baş tutan əməliyyatlardan sonra Gürcüstanla həmsərhəd olan Balakən rayonunun ərazisindən banda üzvlərindən biri Gürcüstanda oğurladıqları qadının yaxınları ilə telefonla əlaqə saxlayıb. Telefon danışığının baş tutduğu ərazini müəyyən edən hüquq-mühafizə orqanları dərhal ora yollanıblar. Belə aydın olub ki, banda üzvü Gürcüstana Balakən meşəsindən zəng edib.  

Tutulan banda üzvlərindən alınan ifadələrdən belə məlum olub ki, onlar oğurladıqları şəxsləri Heydərə təhvil veriblər. Bundan sonrası haqda isə Heydər onlara hər hansı bir məlumat verməyib. Oğurlanmış şəxslərin saxlanıldığı ünvanlar haqda banda üzvlərində məlumat olmayıb. Ən maraqlı məqamlardan biri isə dəstənin rəhbərliyində “Hacı” adlı şəxsin olmasıdır. 

Gələn məlumatlara əsasən söyləmək olar ki, oğurlanan şəxslərin yaxınları ilə danışıqlar “Hacı” vasitəsi ilə aparılıb, Heydər isə oğurlanmış şəxslərin saxlanılması  ilə məşğul olub. 

Mövzuya qayıdacağıq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
39

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
28

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
31

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
41

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
70
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 14:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru