Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
09:27
576
Hərbi ekspert: “Azərbaycan ordusu savaşa tam hazırdır”
“Yaxın zamanlarda bu məsələdə çox ciddi irəliləyiş gözlənilir...”

Xəbər verildiyi kimi, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Nəticədə Silahlı Qüvvələrimizin bir hərbi qulluqçusu - əsgər Elşən Vaqif oğlu Məmmədov şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Qarşı tərəfin isə 4 hərbçisi məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

Qeyd edək ki, cəbhə xəttində demək olar hər gün atəşkəs pozulması halları baş verir. Ancaq bu dəfə atəş avtomat və pulemyotlardan deyil, ağır artilleriya, raketlərdən açılıb. Bəs, cəbhə xəttində raketlərdən istifadə edilməyə başlanması genişmiqyaslı müharibəyə gətirə bilərmi? 

Hərbi ekspert Üzeyir Cəfərov öncə bildirdi ki, yaranmış hazırkı durum ATƏT-in Minsk qrupu həmsədrlərinin 20 ildə apardığı uğursuz, işğalçının mənafeyinə xidmət eləyən fəaliyyətinin məhsuludur: "Artıq Ermənistan prezidenti açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Bunun ardınca Minsk qrupu həmsədrləri çox gülünc bir açıqlama verdilər ki, cəbhə xəttində atəş hallarının qarşısının alınması üçün mexanizm işlənib hazırlanmalıdır. Ermənistanın cinayətkar prezidenti heç bir beynəlxalq hüquq normasına məhəl qoymadan Azərbaycanın ərazisini Ermənistan ərazisi elan edir, Minsk Qrupu həmsədrləri atəşkəsin davam etməli olduğundan danışırlar. Sərkisyana bu bəyanatına görə bir təpki göstərmirlər. Həmsədrlərdə xristian təəssübkeşliyi var".

Hərbi ekspert vurğuladı ki, artıq cəbhə xəttində iriçaplı silahlardan istifadə edilməyə başlanması isə Ermənistan rəhbərliyinin öz ölkələrində çıxılmaz durumda olması ilə əlaqədardır: “Cinayətkar rejim Ermənistan əhalisinin diqqətini müharibəyə yönəltmək, xalqda müharibə xofunu yaratmaq üçün bu şəkildə atəşkəs pozmaq yolunu tutub. Azərbaycan ordusunun tutarlı cavab verməsi isə Ermənistana bir xəbərdarlıqdır. Azərbaycan silahlı qüvvələri həm bu yaxınlarda keçirdiyi böyük miqyaslı döyüş təlimləri, həm də 25 sentyabrda ermənilərə verdiyi cavabla sübut edib ki, ordumuz geniş miqyaslı döyüş əməliyyatına hazır vəziyyətdədir. Azərbaycanın Ali Baş Komandanı və ordu rəhbərliyi bir qərar qəbul eləməlidir. Ermənistan rəhbərliyi bunu hiss edir və təxribatlara əl atırlar. Artıq iriçaplı silahların, raketlərin dövriyyəyə qoşulması onu deməyə əsas verir ki, vəziyyət nəzarətdən çıxa bilər və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün çox ciddi əməliyyatlara başlaya bilər. Bu, Azərbaycanın haqq işidir. Hiss edirəm ki, yaxın zamanlarda bu məsələdə çox ciddi irəliləyiş gözlənilir”.  

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti də dünən açıqlama yayaraq bəyan edib ki, silahlı qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə zərbələr endirmək hüququnu özündə saxlayır: “Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycanın atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
302

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
385

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
442

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
915

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
540

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
518
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 13:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru