Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
20:43
Gürcüstanı doğma, Azərbaycanı ögey bilən SOCAR
Gürcüstanın dağ kəndlərinə helikopterlə boru daşıyan SOCAR, Azərbaycan kəndlərini niyə qazlaşdırmır?

“Gədəbəyin Ermənistanla sərhəd ərazidəki Şinıx bölgəsinin qazlaşdırmadan kənarda qalmış 20-yə yaxın kəndinə qaz çəkilməyəcək”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bunun səbəbini həmin kəndlərin “dağlıq ərazidə yerləşməsi ilə” izah edib: “Həmin bölgədə 24 kənd var, onlardan 3-ə qaz çəkilib, çünki aran hissə idi. Digər kəndlər isə sıldırım qayalıq ərazidə yerləşir və hərəsində 10-20 ev var. Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur. Ümumiyyətlə, ən inkişaf etmiş Avropa ölkələrində belə dağın başında yerləşən, 10-20 ailənin yaşadığı kəndlərə 40 km-lik qaz borusu çəkilmir. Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”.

Baş direktor əlavə edib ki, həmin kəndin əhalisi qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər.

Redaksiya qeydi:

Xatırladaq ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin qazlaşdırılması 2010-cu ildə başlayıb. Lakin “Azəriqaz” bölgənin cəmi 3 kəndini qazlaşdırdıqdan sonra işləri yarımçıq qoyub.

Şınıx bölgəsinin qazsız kəndləri

Bölgəyə qədər əsas qaz xətti çəkilsə də müəmmalı səbəbdən həmin kəmərin cəmi 3-4 kilometrliyində yerləşən kəndlərə kiçik diametrli borularla qazın paylanması həyata keçirilməyib. Bu isə yanacaq kimi odundan istifadə edən bölgə əhalisinin güzəranının get-gedə ağırlaşmasına səbəb olur.

Bölgə əhalisinin redaksiyamıza etdiyi müraciətlərdə bildirilir ki, artıq meşə fondu tükənib və ekoloji fəlakət əlamətləri özünü göstərir.

İndi Əkbər Hacıyevin düşmənlə sərhəddə ağır şəraitdə yaşayan bu kəndlərin əhalisinə göndərdiyi mesaj əsl sensasiya və prezidentin bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair verdiyi tapşırıqlara qarşı sabotaj hesab oluna bilər.

“Azəriqaz” rəhbərinin həmin kəndlərin niyə qazlaşdırılmayacağına dair dedikləri isə tamamilə absurddur. Çünki bölgəyə gedib baxmaq kifayətdir ki, həmin kəndlərin əvvəl qazlaşdırılan 3 kənddən relyef baxımından heç nə ilə fərqlənmədiyini görəsən.

Şınıxın relyefi elə də mürəkkəb deyil

Bu kəndlərə nəinki texnika işləyir, eyni zamanda ilin istənilən vaxtında ora istənilən minik maşını ilə gedib-gəlmək mümkündür. Həmçinin bu kəndlərin hərəsində 10-20 yox, onlarla və yüzlərlə ev var.

Onu da xatırladaq ki, SOCAR qonşu Gürcüstanda Azərbaycan qazı hesabına nəinki texnikanın çətin hərəkət etdiyi kəndləri qazlaşdırır, eyni zamanda ümumiyyətlə texnika işləməyən yerlərdə boruları vertolyotla daşıyır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
289

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
264

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
286

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
267

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
392

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
366

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
566
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru