Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
09:58
490
Azərbaycanın İspaniyadakı səfiri ətrafında müəmma - ARAŞDIRMA

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı fərmanla geri çağırılıb.

Amma məlumatlı mənbə bildirir ki, Altay Əfəndiyev hələ də Madriddəki səfirlikdə iş kabinetini boşaltmayıb və faktiki olaraq səfir kimi fəaliyyətini davam etdirir.

A.Əfəndiyev İspaniyadakı səfir vəzifəsinə 2010-cu ildə təyin olunmuşdu. Maraqlıdır ki, səfirliyin rəsmi internet səhifəsində də Altay Əfəndiyevin hələ İspaniyadakı fövqəladə və səlahiyyətli səfir olduğu göstərilir.

Virtualaz.org saytı bu məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın İspaniyadakı səfirliyinə zəng vurub.

Səfirliyin əməkdaşı Günay Ramazanova bildirib ki, hazırda səfir vəzifəsi boşdur. Çünki səfir bu ilin may ayında geri çağırılıb.

G.Ramazanova “bəs Altay Əfəndiyev hazırda səfirlikdə işi davam etdirirmi” sualına isə “mən bu suala cavab verə bilmərəm, XİN-ə zəng edin” cavabını verib.

Diplomatik xidmət haqqında əsasnaməyə görə, əgər fövqəladə və səlahiyyətli səfir geri çağırılırsa, səfirlikdə ondan sonra ikinci ən yüksək vəzifəni tutan şəxs yeni səfirin fəaliyyətə başlamasına qədər müvəqqəti işlər vəkili statusunu alır və diplomatik təmsilçiliyi həyata keçirir. Prezidentin fərmanına əsasən İspaniyadakı səfiri geri çağırılsa da yeni səfirin təyinatına dair fərman imzalanmayıb.

Lakin səfirlik əməkdaşı Azərbaycanın İspaniyadakı müvvəqqəti işlər vəkili statusunu kimin daşıdığına dair suala da cavab verməyib. Bir daha bildirib ki, bu kimi suallara görə XİN-ə müraciət etmək lazımdır.

XİN-dən isə Azərbaycanın İspaniyadakı səfiri ətrafında yaranmış müəmmalı vəziyyətə dair rəsmi şərh almaq mümkün olmayıb.

Lakin nazirlikdən qeyri-rəsmi olaraq deyiblər ki, praktikaya görə, səfirin geri çağırılmasına dair fərman imzalanırsa, həmin vaxtdan onun səlahiyyətlərinə xitam verilmiş olur.

Lakin saytımıza daxil olan xəbərə görə, keçmiş səfir Altay Əfəndiyev nəinki səfirliyi tərk etmək istəmir, eyni zamanda onun başçılığı altında səfirlikdə bir-biri ilə yaxın qohum olan şəxslər işləyirlər. Məsələn, səfirliyin maliyyə müşaviri Əsəd Muradov, mədəniyyət müşaviri isə onun xanımı Günay Muradovadır.

Digər əməkdaşlar da bir-biri ilə, habelə Altay Əfəndiyevin özü ilə qohumluq əlaqlərinə malikdir.

Bu müəmmalı situasiya Azərbaycanın xaricdəki səfirliklərinin əməkdaşları ətrafında son vaxtlar bir-birinin ardınca baş verən səs-küylü qalmaqallar fonunda meydana çıxır.

Xatırladaq ki, Azərbaycan diplomatlarından bir neçəsi yerləşdikləri ölkələrdə siyasi sığınacaq istəyiblər, bir neçəsi isə işdən çıxarılıb. Habelə “üsyankar” diplomatlar səfirliklərin korrupsiyalaşdığına dair iddialar irəli sürüblər.

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət əməkdaşları arasında “etik qaydaları pozanların” və yarıtmaz fəaliyyət göstərənlərin olduğunu, belələrinin cəzalandırılacağını bildirib.

Bu gün isə prezidentin imzası ilə diplomatik xidmət əməkdaşlarının cəzalandırılmasına dair qanunvericiliyə düzəlişlər baxılmaq üçün parlamentə göndərilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2421

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2253

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1741

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1488

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
446

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
226

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 19:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru