Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2015
21:45
653
Azərbaycanda həkim bəlası: müayinə necə aparılır? - VİDEO

Xəstəliyi təyin etmək üçün müayinə mütləq hesab olunur. Amma bəzən həkimlər bir neçə müayinədən keçməyi tələb edirlər. Nəzərə alsaq ki, hər müayinə ayrı-ayrılıqda pul deməkdir onda insanların narahatlığını anlamaq çətin olmur. Bəs görəsən müayinə məsələlərinə nəzarət necə olunur? Lazım olmadığı təqdirdə bir və ya bir neçə müayinədən keçməyə məcbur olan şəxs nə etməlidir?

Bir çoxları həkimə müraciət zamanı yersiz müayinələrdən şikayətlənir. Onlar həkimlərin lazımsız laboratoriya və analizlərə göndərdiklərini deyirlər. Onsuz da can hayında olan xəstələr hətta maddi imkanlarını da aşaraq həmin analiz və tibbi aparatlardan keçməyə çalışır ki, diaqnozu düzgün qoyulsun.

Səhiyyə Nazirliyindən bildirilir ki, dövlət xəstəxalarında müayinə ödənişsizdir. Özəl kliniklarda isə bu məsələləri tənzimləyən mexanizm yoxdur. Sadə dillə desək hər bir həkim, işlədiyi klinikanın təyin etdiyi qiymətlərə uyğun bir və ya bir neçə müayinəni tələb etməkdə sərbəstdir.

Qanunvericilikdə əhalinin sağlamlıq hüquqları "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla qorunur. Bununla belə ölkədə "Xəstənin hüquqları haqqında" qanun yoxdur. Məhz bu səbəbəbdən də bu sahədə boşluqlar yaşanır. Ancaq həkimin lazımsız xərcə saldığını düşünənlər bunu mütəxəssis vasitəsi sübut edərək məhkəmə yolu hüquqlarını tələb edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
295

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
164

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
185

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
212

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
259

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
199
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 03:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru