Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2015
22:03
497
Azərbaycanlı fəhlələr Qazaxıstanda tətil edib aksiya keçirdi - Video

Azərbaycanın EVRASCON tikinti şirkətinin Qazaxıstanda körpü tikintisində çalışan azərbaycanlı fəhlələri 4 gün tətil edərək etiraz aksiyası keçiriblər.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, sentyabrın 14-dən 17-dək davam edən tətilə Atrau şəhərinin Məhəbbət rayonunda işləyən 90 nəfər, Almatıdan isə 180 azərbaycanlı fəhlə qoşulub.

Etirazçıların əsas iki tələbi olub: 4 aydır verilməyən əmək haqlarının ödənilməsi və əmək haqlarının vəd olunan məbləğdə verilməsi. Belə ki, fəhlələr Qazaxıstana aparılarkən onlara 1200 manat əməkhaqqı vəd olunsa da bu məbləğ sonradan 1000 manata endirilib.

Tətilə qoşulan fəhlələr virtualaz.org saytına açıqlamasında bildirib ki, sentyabrın 17-də may ayının əməkhaqqı ödənildiyi üçün işə qayıdıblar. Amma aldadılmış fəhlələrin bir çoxu artıq Azərbaycana qayıtmaq üzrədir. Çünki şirkətdə məvacib problemi artıq xroniki hal alıb. Belə ki, fəhlələr bu il iyulun 29-da aprel ayının maaşını alıblar.

Bu gün isə şirkət maliyyə çətinliklərini əsas gətirərək 50 nəfəri işdən azad edib.

Azərbaycana qayıdan fəhlələrin nümayəndələri düşdükləri ağır vəziyyətlə bağlı bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə gedərək rəsmi qəbulda olub və şikayətlərini təqdim ediblər. Əmək Müfəttişliyindən bildirlib ki, fəhlələrin problemi öyrəniləcək və yaxın günlərdə rəsmi münasibət bildiriləcək.

Qeyd edək ki, EVRASCON şirkəti baş nazirin müavini Abid Şərifovun qardaşına məxsusdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3383

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1620

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2731

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1069

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1102

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 18:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru