Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2015
16:58
456
Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılır

Azərbaycanın 2015-ci il dövlət büdcəsində daxili dövlət borclanmasının yuxarı həddi artırıla bilər.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsində 13-cü maddəsində Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 mlrd. manatdan 4,5 mlrd. manata qədər artırılması təklif olunur.

Xarici dövlət borclanmasının yuxarı həddi (limiti) əvvəl nəzərdə tutulduğu kimi 1,5 mlrd. manat səviyyəsində qalacaq.   

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin  15 iyul 2015-ci il tarixli 570 nömrəli və 07 avqust 2015-ci il tarixli 575 nömrəli Fərmanlarının icrası ilə əlaqədar bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözügedən Qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 3 mlrd. manat artırılmasını və müvafiq olaraq 4,5 mlrd. manat təşkil etməsini zəruri edir.

Bu dəyişiklik 2015-ci ilin iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
104

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
123

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
354

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
220

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
235

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
262
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 10:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru