Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2015
16:25
656
Azərbaycanda hərbi pilotların hazırlığı mərkəzinin açılışı olub - FOTO

Nazir: "Silahlanmada kifayət qədər döyüş aviasiyasına malik olan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın verdiyi istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinə dair tapşırığına əsasən pilotlarının hazırlığı mərkəzinin açılışı olub.

Faktxeber.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni mərkəzin açılışında iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əvvəlcə Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzinə gələrək idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub.

Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır.

Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.

Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.

Mərkəzdə ixtisaslı mütəxəssislər tərəfindən hazırlanan gənc pilotlarla görüşən müdafiə naziri xüsusi qeyd edib ki, silahlanmada kifayət qədər döyüş aviasiyasına malik olan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan tərəfindən verilən istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.

Z. Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb.

Nazir bu işin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra nazirliyin rəhbər heyəti uçuş və texniki heyəti üçün yeni inşa edilən müasir yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri zəruri infrastrukturla yanaşı ailəli hərbi qulluqçular üçün nəzərdə tutulan və inşası davam etdirilən hər biri 50 mənzilli müasir tipli üç binada aparılan tikinti işlərinin gedişatını yoxlayıb.

Z. Həsənov tikintinin qısa müddətdə sona çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1441

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
412

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
163

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1160

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
951

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2297

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
998
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 05:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru