Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2015
10:02
1474
`Qurbanlıq 150-200 manatlıq qoyunun kəsilməsi demək deyil`
Vasif Məftullayev: Bu il Qurban bayramı sentyabr ayının 24-nə təsadüf edəcək”

Bir neçə gündən sonra müsəlman Azərbaycan xalqı müqəddəs Qurban Bayramını qeyd edəcəklər. Hər il olduğu kimi bu ildə zəvvarlar müqəddəs Həcc Ziyarətində, ziyarətə gedə bilməyən imkanlı şəxslər isə öz məmləkətlərində qurban kəsərək ehtiyacı olanlara paylayacaqlar.

Lakin həmişə kimi yenə də bayram öncəsi insanları bayramla və kəsiləcək qurbanla bağlı müxtəlif suallar maraqlandırır. Belə ki, bayram hansı günləri əhatə edəcək, hansı heyvanları kəsmək daha məqsəd uyğundur, Qurban bayramının əsl mahiyyəti nədən ibarətdir və. s kimi suallar bu qəbildəndir.

Cəmiyyətimizi maraqlandıran suallarla bağlı ilahiyyatçı alim Vasif Məftullayevə müraciət etdik. Suallarımızı cavablandıran müsahib qeyd etdi ki, ərəb təqvimi ilə bu il Qurban bayramı sentiyabr ayının 26-na təsadüf edəcək. İlahiyyatçı onu da bildirdi ki, Qurban kəsəcək insanlar heyvan seçimini öz maddiyyatlarına uyğun olaraq seçməlidirlər: “Əgər imkan vardırsa dəvə kəsilsin, olmasa inək, qoyun kimi heyvanlar kəsilə bilər.” 

“Qurban Bayramının əsas mahiyyəti nədən ibarətdir”, - sualını da cavablandıran müsahib, maraqlı fikirlər səsləndirdi: “Qurban Bayramı təkcə zahirdə heyvan başı kəsməkdən ibarət deyil.

Bayramın adından göründüyü kimi, insan nəyindənsə keçməlidir. Həzrəti İbrahim(ə) bu əməlin banisidir. O, Allaha söz verdi ki, səndən qeyrisini sənə qurban verəcəm. Qurbanını isə özünə ən yaxın olan və valideyn ömrünün səmərəsi hesab edilən övladını seçdi. Həzrəti İbrahim(ə) həqiqətdə Allahın hüzurunda qeyri-Allahı qurban verdi. Övlad da təbii ki, qeyri-Allahlardan biridir. O, bu əməli ilə Allaha sübut etmək istədi ki, ilahi mən sənin yolunda sadiqəm və sənin eşqinin qazanılması uğrunda hətta övladımdan belə keçərəm. Bizim bu gün kəsdiyimiz heyvan sahib olduğumuz malımız bir hissəsidir. Düzdür ki, əgər qurban kəsənlər fəqirə, kasıba qurbanlıq paylasalar onların süfrəsi əvvəlki günlərdən fərqli olaraq zinətlənir. Lakin var dövlət ki, insanın bağlı olduğu qeyri-Allahlardan biridir deyə, bununla insan Allaha deyir ki, ilahi mən hər şeyimdən sənin yolunda keçməyəm hazıram. İş təkcə zahirdə 150-200 manata alınan qoyundan ibarət deyil. Heyvanın kəsilməsi işin bir hissəsidir. Amma məqsəd qoyun deyil. İnsanların ilahi dərki dərinləşdikcə bu işin həqiqətini daha yaxşı başa düşürlər. Belə ki, bu qurbanı başqa şeylə əvəz edilir. Bəzi insanlar var ki, öz nəfslərini Allah qurban ediblər. İnsanları qeyri-Allahlara sövq etdirən nəfsdir. İnsan heyvanın başını kəsməklə həqiqətdə öz nəfsini Allaha qurban edir. Qurban kəsənlər bunu qəsd etsələr daha yaxşı olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
219

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
125

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
206

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
143

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
154

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
140

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
159
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 22:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru