Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2015
11:36
Ölkədən çıxan valyuta gələn valyutanı üstələyir

Rövşən Ağayev

Mərkəzi Bank ilin ilk yarısı üçün tədiyyə balansının göstəricilərini açıqlayıb. Media və təhliliçilər üçün maraqlı ola biləcək əsas məqamlar:

1) Cari hesablar balansının saldosu yenə “qırmızı xətt”in bir addımlığındadı – cəmi 63.8 miıyon müsbət saldo var. Halbuki ötən 6 ayında bundan 100 dəfə çox – 6.4 milyard dollar olmuşdu. Azərbaycanda qeyri-leqal idxalın həcminin kifayət qədər bökü olduğunu nəzərə alsaq, hətta cari hesablar balansındakı həddən artıq kiçik müsbət saldonunu olmasından şübhələnməyə əsas var;

2) Xidmətlər balansında müsbət tendensiya olub – xidmət ixracı 10% (200 milyon dollar) artıb. Mənfi tendensiya isə bu olub ki, Azərbaycan turizm xidmətlərinin ixracını artıra bilməyib və ötən ili 6 ayında olduğu qədər turizm xidmətləri ixrac edilib – 1.1 millyard dollar. Amma əvəzində vətəndaşlarımız xaricdə ötən ilkindən 25% artıq pul xərcləyiblər və nəticədə turizm xidmətlərinin idxalı 350 miıyon dollardan çox artıb. Ümumilikdə isə xidmət idxalının 500 millyon dollar azalması, xidmət ixracının 200 milyon dollar artması nəticəsində xidmətlər hesabının mənfi saldosu 500 milyon dollara qədər azalıb;

3)  Neftin qiymətinin enməsi ilkin gəlirlər çərçivəsində neft şirkətlərinin mənfəət nefti formasında ölkədən çıxardığı (repatriasiya) pulların həcminə də təsir göstərib. Ötən il bu kanallarla ölkədən 1.9 milyard dollar vəsait çıxmışdı. Bu ilin 6 ayında isə həmin gösərici 1.391 milyard dollara enib. Həmiçinin əcnəbilərə ödənilən əmək haqqına və xarici kreditlərə görə ötən il ölkədən 383 milyon dollar çıxmışdı, amma bu il həmin istiqamətlər üzrə çıxan vəsaitlərin həcmi 190 milyon dollar artaraq 575 milyon dollara çatıb.

Ümumlikdə ilkin gəlirlər çərçivəsində ölkədən kənara çıxan valyuya 400 milyon dollar, Azərbaycana gələn valyuta isə 85 milyon dollar azalıb;

4) Təkrar gəlirlər çərçivəsində ölkəyə gələn pullar 290 milyon dollar azalıb, ölkədən gedən pullar 382 milyon dollar azalıb. Təkrar gəlirlər əsasən xarcidən ölkə vətəndaşlarına göndərilən pulları və humanitar yardımları əhatə edir;

5) Ötən ilin 6 ayına nisbətən bu ilin birinci yarısında maliyyə hesabı çərçivəsində ölkədən kənara valyuta çıxışı təxminən 2.9 milyard dollar artıb, amma əvəzində ölkəyə daxil olan valyuta həcmi 2 milyard dollara qədər azalıb. Nəticədə ölkənin tədiyyə balansının ümumi saldosu (-) 6.3 milyard dollar təşkil edib. Baxmayaraq ki, xaricə çıxan sərmayələr və əmanətlər ölkənin ümumu aktivlərini artırır, amma bu proses ölkəyə anoloji həcmdə valyuta axını ilə müşaiyət olunmadıqda, milli valyuta həmişə təzyiq alıtında olur və onun məzənnəsi kövrəkliyi ilə seçilir. Buna son zamanlar ən yaxşı nümunələrdən biri elə Türkiyədir. Əvvəlki dövrlə müqayisədə Türkiyə ixracında azalma, ölkəyə valyuta axınının zəifləməsi, əvəzində ölkədən çıxışın artması son dövrlər milli valyuta reytinqlərində lirəni Braziliya rialı ilə birgə ən həssas valyutalarından birinə çevirib.

Ölkədən kənara çıxan valyutanın 1.697 milyard dolları xaricə yönəldilən birbaşa investisiyalarla bağlı olub. O cümlədən bu vəsaitin 1.163 milyard dolları Azərbaycanın xaricdəki neft-qaz layihələri, 534 miıyon dolları isə qeyri-neft layihələri ilə bağlı olub. Ötən ilə nisbətən Azərbaycandan birbaşa sərmayə kimi ölkədən çıxan valyutanın həcmi təxminən 1.3 milyard dollar artıb.

Bu dövrdə xarcidən Azərbaycana birbaşa investisiya formasında 2.143 milyard dollar daxil olub ki, bu ötən ilə nisbətən cəmi 70 milyon dollar çoxdur. Müqayisə üçün maraqlıdır: birbaşa sərmayə kimi ölkədən çıxan valyutanın həcmi təxminən 1.3 milyard dollar artır, ölkəyə daxil vəsait isə 70 milyon dollar.

Azərbaycandan çıxan portfel investisiyalar 80 milyon artaraq 182 miıyon dollara çatıb, əvəzində ölkəyə gələn portfel formasında sərmayələr 1 milyard dollar azalaraq 747 milyon dollara enib.

Nəhayət, digər investisiya formasında Azərbaycandan çıxan vəsaitlər 1.5 milyard dollar artaraq 7.1 milyard dollara çatıb, Bu məbləğin 4.5 milyard dolları “depozit və nağd valyuta” maddəsi altında çıxıb. Ötən il bu məbləğ 2.6 milyard dollar olmuşdu. Təəssüf ki, Mərkəzi Bankın hesabatlarında bu maddənin strukturu açıqlanmır. Amma metodologiyaya görə, bura bank, qeyri-bank, rezident fiziki şəxslərin xaricdəki hesablara köşürmələrindən söhbət gedir.

Digər investisiyalar bölməsi üzrə yerdə  qalan 2.5 milyard dollar isə “ticarət kreditləri və avanslar” maddəsi altında ölkədən çıxıb. Bura isə əmtəə və xidmətlərin ixracı üzrə debitor borcları üzrə ödənişlər daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
230

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
243

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
401

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
341

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 23:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru