Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2015
11:41
Təhsillə bağlı dəhşətli STATİSTİKA
"Kənddə məktəblilərin dərsdən yayınma səviyyəsi daha yüksəkdir"

İqtisadçı-ekspert Rövşən Ağayev kənd məktəblərində dərsdən yayınma hallarının artmasından yazıb və bunun səbəblərini göstərib: “Rəsmi statistikanın məlumatına görə, 1990-cı illə müqayisədə hazırda kənd və şəhər əhalisinin sayı eyni səviyyədə artıb – həm kənddə, həm şəhərdə yaşayan əhalinin sayı təxminən 1.2 milyon nəfər çoxalıb (ölkə üzə 2.4 milton nəfərdən bir qədər çox). Amma ötən il 25 müddətində şəhər yerlərində təhsil alan orta məktəb şagirdlərinin sayı 15% və ya 103 min nəfər artıb, kənd yerlərində əksinə 19% və ya 130 min nəfər azalıb.

Məsələ burasındadır ki, rəsmi statistikaya görə şəhər və kənd yerlərində məktəbyaşlı (6-17 yaş) uşaqların sayı eynidir -hər birində təxminən 780 min nəfər (ölkə üzrə 1,560 millyon nəfər).

1990-cı ildə bütün orta məktəb şagirdlərinin 49%-i şəhərlərdə oxuyurdu, indi bu rəqəm 59%-ə yaxınlaşır.

Kənd və şəhərlərdə məktəbyaşlı uşaqların sayının eyni olmasına baxmayaraq, faktiki oxuyanların say nisbətində belə kəskin fərqin yaranması, həmçinin kənddə sayın sürətlə azalması fonunda şəhərdə artmasının 2 səbəbi ehtimal edilir:

1) kənddə məktəb yaşlı uşaqların məktəbdən yayınma səviyyəsi və tam orta təhsil (11 illik) maraq göstərməmə səviyyəsi daha yüksəkdir;

2) Hökumətin kənd və şəhər əhalisinin sayı ilə bağlı rəsmi məlumatı gerçəkliyi əks etdirmir – yəni şəhərdə qeydiyyatsız məskunlaşmış kənd əhalisinin sayı xeyli çoxdur.Yəqin ki, hər 2 ehtimalın təsiri var”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
207

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
218

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
338

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 02:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru