Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2015
09:23
1572
Məscidül-Həramın bu hissəsi uçurulacaq - FOTO

Məkkə şəhərindəki müqəddəs Məscidül-Həram ərazisində ucaldılan və Kəbənin bütün möhtəşəmliyini kölgədə qoyan “Zəmzəm Towers” uçurulacaq. Dünyada müsəlmanların kəskin etirazı ilə qarşılanan bu qüllə ilə yanaşı ərazidə olan kralın sarayı, Hilton oteli və bir çox bina uçurulacaq. Səudiyyə Ərəbistanı Həcc nazirliyi rəsmilərinin bildirdiyinə görə, 2035-ci ilə qədər söküləcək bu yerlər tamamilə Məscidi Haram ərazisindəki ibadət məkanlarına qatılacaq.

“Zəmzəm Towers”

Məscidül-Həramın yeni layihəsinin maketi Məkkə şəhərindəki muzeylərdən birində nümayiş olunur. Həmin maketlərdə, Osmanlı dövlətinin Kəbənin ətrafında tikdirdiyi və bir müddət əvvəl sökülən günbəzlər (revaklar) diqqəti cəlb edir. Belə ki, bir müddət əvvəl Məscidi Haramda aparılan genişləndirmə və restovrasiya işləri vaxtı günbəzlər yerindən sökülmüşdü. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi Riyadla apardığı danışıqlardan sonra günbəzlərin yerinə qoyulacağı sözü verilmişdi. Məscidül-Həramın yeni maketində isə bütün günbəzlərin yerində olduğu görülür. 

Məscidül-Həramın yeni layihəsini əks etdirən maket

Yeni layihəyə görə, Kəbənin ətrafında təvaf sahəsi ⅓ nisbətində genişləndiriləcək. Bundan başqa Məscidül-Həram ərazisində minarələrin sayı 12-yə çatdırılacaq. Məscidin xaricində olan ibadət məkanı da olduqca genişləndiriləcək. İbadət kompleksinin üzərində isə fövqəladə vəziyyətlərdə istifadə olunmaq üçün helikopter meydançası olacaq. 

Məscidül-Həramın yeni layihəsini əks etdirən maket

Ötən həftə Məscidül-Həram ərazisində 107 zəvvarın ölümü, 238 nəfərin isə xəsarət alması ilə nəticələnən qəza baş vermişdi. Məscid ərazisində genişləndirmə işləri üçün istifadə olunan böyük kranlardan biri güclü külək nəticəsində aşmışdı. Həcc mövsümü və cümə günü olması səbəbindən Məscidül-Həram ərazisində yaşanan izdiham faciənin miqyasını böyütmüşdü. 

Kəbənin ilk dəfə Adəm peyğəmbər tərəfindən tikildiyi və Nuh tufanında dağıldığı rəvayət olunsa da Qurani-Kərimdə bu müqəddəs məkanın İbrahim peyğəmbər və oğlu İsmayıl peyğəmbər tərəfindən tikildiyi xəbər verilir. 

Hazırda bütün dünyada günün hər anında milyardlarla müsəlman müqəddəs Kəbəyə yönələrək Allaha qarşı qulluq vəzifələrini yerinə yetirirlər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
212

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1827

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
364

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1287

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
433
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 01:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru