Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2015
11:11
Bu gün İmam Əli (ə) ilə Xanım Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür

İslam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin–və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə və biliyə malik olan nəcib və şərafətli müsəlman kişilər ruhiyyə və əxlaqi səciyyələrdə onlara tay və oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda olan ümdə məqsəd–yəni, həyat boyu ruhi aramlıq, arxayınlıq və rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu halda həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi davamlılıqdan bəhrələnməyəcək. Bu deyilənləri nəzərə almaqla Peyğəmbərə (s) xitab olunan ilahi kəlamın mahiyyəti aydın olar: "Əgər Əlini yaratmasaydım, yer üzündə sənin qızın Fatiməyə layiq bir adam tapılmazdı."

Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.

O zaman Əlinin (ə) varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Bunların vasitəsi ilə Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyir, nəticədə daha ənsara qonaq olmağa ehtiyac qalmırdı. Elçilik və əqd oxunma mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri olan mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə olan müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (ə) kəbin haqqı kimi Peyğəmbərin ixtiyarında qoysun.

Zireh dörd yüz dirhəmə satıldı. Peyğəmbər (s) onun bir qədərini Bilala verdi ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verdi ki, Əli və Zəhra üçün ev əşyaları alsınlar.

Zəhranın (ə) cehizlərindən islamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbərin (s) göndərdiyi adamlar bazardan qayıtdılar. Onların Zəhra (ə) üçün aldıqları şeylər aşağıdakılar idi:

1) Bir köynək (7 dirhəm),

2) Bir örpək (1 dirhəm),

3) Bütün bədəni örtməyən bir qara dəsmal,

4) Taxta və xurma lifindən hazırlanmış təxt,

5) Biri xurma lifindən, biri isə yundan olan iki döşək,

6) Dörd ədəd balış: ikisi yundan, ikisi isə xurma lifindən,

7) Pərdə,

8) Hicri həsir,

9) Əl daşı (taxılı üyütmək üçün),

10) Böyük teşt,

11) Su məşgi (dəridən),

12) Süd üçün taxta kasa,

13) Su üçün taxta qab,

14) Aftafa,

15) Böyük mis qab,

16) Bir neçə kuzə,

17) Gümüş qolbağı.

Peyğəmbərin dostları aldıqları şeyləri gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxa-baxa buyurdu: "Ilahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"

Peyğəmbərin (s) qızının mehriyyəsi beş yüz dirhəm idi ki, hər dirhəm bir misqal gümüşə barəbər idi. Peyğəmbəri-Əkrəmin (s) əziz qızının toy mərasimi çox sadə keçirildi. 

Peyğəmbər buyurdu: "Ya Əli, Allah sənin Rəsulullahın qızı ilə olan izdivacını mübarək etsin. Fatimə necə yaxşı həyat yoldaşıdır!"

Sonra isə üzünü Fatiməyə tutub dedi: "Əli çox gözəl həyat yoldaşıdır! Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan bir kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz olan bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42707

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 04:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru