Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2015
16:02
Qurbanlıq qoyunları harada kəsmək olar? – ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən qeydiyyatdan keçən 10 ədəd heyvan kəsim məntəqələri fəaliyyət göstərir. 

Oxu.Az-a bu barədə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov bildirib. 

Onun sözlərinə görə, bu cür məntəqələrdə baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək:

“Bakı şəhərində Qurban bayramı ilə əlaqədar olaraq 10 ədəd heyvan kəsim məntəqələri faəliyyət göstərir. Eyni zamanda, bu cür məntəqələrdə heyvanların baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək”.

Y.Həsənov bu məntəqlərdə heyvan kəsiminin şəhərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısını alacağını da qeyd edib:

“Bu cür məntəqələrdə baytarlıq sanitariya qaydaları tam qorunur. İstərdik ki, insanlar həmin məntəqələrdə heyvanları kəsdirsinlər. Şəhərin təmizliyinə riayət olunsun”.

Bundan başqa, xidmətin rəsmisi qeyd edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Bakı Şəhəri Baytarlıq İdarəsinin baytar mütəxəsisləri bu gündən yerlərdə həm kəsimə, həm də gətirilən heyvanlara nəzarət edəcək:

“Artıq bizim mütəxəsislər yerlərdə faəliyyət göstərirlər. Gətirilən heyvanların baytarlıq şəhadətnaməsi əsasında gətirilməsinə və heyvanların kəsiminə nəzarət olunur. Təxminən 80 nəfər baytarlıq mütəxəsisi bu işə cəlb olunub”.

Qeyd edək ki, məntəqələr Keşlə bazarı yaxınlığında, Nərimanov rayonu ərazisində , “Oazis” restoranın yanında, “Çobanzadə” küçəsində, Heydər Əliyev prospektində (“Qoç ət” ) Suraxanı ərazisində (“Hilal ət”), Binə tərəfdə (“Binə”) fəaliyyət göstərir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43255

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42707

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 05:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru