Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2015
10:50
Qubad İbadoğlu: Valyuta ehtiyatlarını qorumaq lazımdır

Neft pullarının ölkəyə daxil olması azaldıqca büdcənin formalaşması ilə bağlı bir çox fikirlər səsləndirilir və anormal addımlar atılır. Təbii ki, Neft Fondundan transferlər hesabına büdcənin formalaşmasını təmin etmək istəyənlər də var. Bütün bu kimi addımlar müvəqqəti xarakter daşıyır və məsələnin köklü həllinə ciddi nəticələr verə bilməz. Bununla bağlı daha ciddi addımlar atılmalıdır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu facebook səhifəsində fikirlərini bölüşərkən bildirib ki,son 10 ildə 80 milyard dollar neft pulu xərcləmişik: “Ölkədə hamı, prezident də, nazir də, məmur da, bəzi iqtisadçılar da gözünü Azərbaycanın 35 milyard dollarlıq valyuta ehtiyatlarına tikib. Biri deyir ki, onu girov qoyaq borc götürək, o biri təklif edir ki, büdcəni balanslaşdıraq, başqa birisi manatın sabitliyini qorumaq üçün xərcləyək. Unudun bu pulu! İslahatlar haqqında düşünün, əlavə maliyyə qaynaqları axtarın, yeni inkişaf modeli tapın, əvvəlki kimi bədxərclik etməyin! Bilin ki, bu ehtiyat ona görə yaranmayıb ki, böhrana qədər və ya böhran dövründə onu küləyə verək sovuraq və sonra da qalaq heçnəsiz.

Son 10 ildə 80 milyard dollar neft pulu xərcləmişik, yaratdığımız 35 milyard dollar da gələcək nəsillər adına yığılıb. Məqsəd olub ki, guya bununla neft gəlirlərinin nəsillərarası ədalətli bölgüsünü təmin edək və göstərək ki, sivil ölkələrdə olduğu kimi, biz də gələcək nəsilləri düşünürük. Eyni zamanda yalnız neft-qaz satışından deyil, onun gəlirlərinin idarəedilməsindən də qazanmaq niyyəti güdürük. Ona görə də, valyuta ehtiyatlarını qorumaq lazımdır.

Odur ki, valyuta ehtiyatlarından istifadəni tənzimləyən qaydalar hazırlanmalı və bu zaman aşağıdakı təkliflər nəzərə alınmalıdır.

• Dövlət Neft Fondunun məqsədləri rasional və aydın olmalıdır. ARDNF-in iki məqsədi olmalıdır:

1) valyuta ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq və səmərəli idarə etmək; 2) neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və orta müddətli dəyişkənliyi sabitləşdirmək;

• Gələn ilin büdcəsininin müzakirəsindən əvvəl neft gəlirlərinin dövlət büdcəsinə transferini tənzimləyən fiskal qaydalar qəbul olunmalıdır. 

• Qeyri-neft büdcə kəsirinin azaldılması üçün qeyri-neft büdcəsi ilə cari xərcləmələr tarazlaşdırılmaldır;

• Büdcədən yalnız ictimai və sosial xarakterli layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır, bütün digər layihələr hökumətin neft və qeyri-neft gəlirlərindən kənar mənbələrin hesabına maliyyələşməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru