
Binə Ticarət Mərkəzində oğurluq hadisəsi qeydə alınıb. Oxuculardan birinin göndərdiyi görüntülərdən məlum olur ki, orta yaşlı bir qadın mağazalardan birinə daxil olaraq geyimlərə baxır. Daha sonra qadın, satıcıdan su istəyir. Satıcı su üçün mağazanı tərk edərkən, qadın şalvarlardan birini oğurlayır. Qeyd edək ki, bir neçə gün öncə Binə Ticarət Mərkəzindən oğurluq edən 2 İran İslam Respublikası vətəndaşı saxlanılıb. Nazim Dadaşov adlı şəxsin "Bizim Yol" qəzetinin redaksiyasına göndərdiyi görüntüləri təqdim edirik:

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO