Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2015
17:03
Niyə `Ey Qərb` deyirik, `Ey Səudiyyə` demirik?

Oturub hamı bir ağızdan "Ey Qərb, Ey Qərb" deyirik, bircə dəfə də "Ey Məkkənin və Mədinənin qazancını yeyənlər! Ey krallar! Ey Şeyxlər! Ey Məliklər" demək ağlımızın ucundan belə keçmir.

O Səudiyyə Ərəbistanı ki...

- Pula pul demir.

- Neft dolarlarını Amerika banklarına toplayır.

- Xanədan üzvləri zinət və dəbdəbə içində yaşayır.

- Bizdəki sarayları geridə qoyan saraylarda kef çəkirlər.

Məhz bu, Səudiyyə Ərəbistanı...

Qapılarını bərk-bərk bağlayıb, tək bir zavallı qaçqının da ölkəsinin qapısından səhvən keçməsinə icazə vermir.

*** 

Üstəlik, bu Səudiyyə Ərəbistanı...

- Müsəlman olmasına görə, suriyalı qaçqınlara mədəni və həyat tərzi baxımından fransızdan, almandan daha yaxındır.

- Suriyaya coğrafi baxımdan da Fransadan, ABŞ-dan, Almaniyadan, İtaliyadan daha yaxındır.

- Bundan başqa, bu Səudiyyə Suriya müharibəsində müxaliflərə inanılmaz pullar tökürlər.

- Suriyadakı döyüş maşınını maliyyələşdirərək, milyonlarla insanların səfil vəziyyətə düşməsinə səbəb olurlar.

Və bütün bunlara baxmayaraq...

Səudiyyə Ərəbistanda Suriya qaçqınları üçün bircə dənə də olsun "kral tükü" və ya "şahzadə tükü" belə tərpənmir.

**

Baxın, görün:

- Türkiyə az qala iki milyondan artıq qaçqını elə, ya da belə öz ölkəsinə buraxıb. Ancaq Səudiyyə Ərəbistandan səs çıxmır.

- Avropanın baş nazirləri ən azından görüntü xətrinə də olsa, sahilə çıxan blaca Ayla üçün göz yaşı tökür. Ancaq bu, guya mömin kralların, məliklərin, şeyxlərin yalandan da olsa gözlərində bir damcı yaş da görünmür.

- Baxın, Almaniya, İtaliya biabırçılığa daha çox dözə bilməyərək, sərhədlərini açmağa başladı, amma Səudiyyənin, Qətərin, Körfəz ölkələrinin, Küveytin, Dubayın heç nə vecinə deyil.

*** 

Və bunların hamısından daha kədərlisi...

Suriyadan qaçan insanlar, Səudiyyənin qapısında deyil, Fransanın, İtaliyanın, Yunanıstanın, Almaniyanın qapısındadır.

Çünki o suriyalılar da başa düşürlər ki:

Səudiyyənin ürəksiz krallarının, şahzadələrinin qəlblərində ən kiçik bir yumşalma peyda olmayacaq.

Ona görə də, İslamda ən çox vurğulanan "mərhəmət" sözünün qarşılığını Səudiyyə Ərəbistanında, Küveytdə, Qətərdə axtarmaq əvəzinə, gedib Fransada, Almaniyada, İtaliyada axtarırlar.

***

Bundan da pisi var.

Biz də İslamçı, solçu, dünyəvi, millətçi olmaqla Səudiyyə Ərəbistandan bir mərhəmət çıxmayacağına o qədər əminik ki...

Oturub, hamı bir ağızdan "Ey Qərb, Ey Qərb" deyirik, bircə dəfə də "Ey Məkkənin və Mədinənin qazancını yeyənlər! Ey krallar! Ey Şeyxlər! Ey Məliklər" demək, ağlımızın ucundan belə keçmir.

***

Ey ümmət!

Gəlin hamımızı birlikdə utanaq!

Utanaq, utanaq, utanaq.

 Ahmet Hakan/ "Hürriyət" qəzetinin yazarı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
406

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 23:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru