Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2015
11:53
`Benzinin qiyməti ona görə ucuzlaşmır ki...` - Qubad İbadoğlu yazır

İqtisadçı alim Qubad İbadoğlu dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı bir çox ölkələrdə neft məhsullarınını, xüsusilə də benzinin qiymətinin düşməsi məsələsinə toxunaraq, ölkəmizdə nədən qiymətlərin endirilməməsinin səbəbləri barədə status yazıb.

Qubad İbadoğlunun həmin statusunu oxucularımıza təqdim edir:

"Hər bir əmtəə həm istehlakçılar, həm də istehsalçılar üçün maksimum faydanı təmin etməlidir. Qiymətləri sərbəst olan əmtəələrin satışından formalaşan fayda bazar tarazlığı, qiymətləri dövlət tərəfindən tənzimlənən əmtəələrin reallaşırılmasından faydalar isə Tarif Şurası vasitəsilə təmin olunmalıdır. Tarif Şurası korporativ maraqlardan çıxış edəndə istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi sistemi işə düşməlidir. Azərbaycanda bu sistemə nəzarəti İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. Eyni zamanda qiymətləri tənzimlənən məhsullar üzrə istehlakçılarla istehsalçılar arasındakı tarazlığı qorumalı olan Tarif Şurasına da İqtisadiyyat və Sənaye naziri rəhbərlik edir. Bir mərkəzdən idarə olunan və iki funksiyasını həyata keçirən dövlət qurumu istehlakçı maraqlarını arxa plana çəkib, şirkət maraqlarını üstün tutduğundan benzinin, qazın, elektrik enerjisinin qiymətinin ucuzlaşacağını gözləməyə dəymir. Əksinə, hətta mümkündür ki, dövlət şirkətlərinin dünya bazarındakı qiymət ucuzlaşmasından itirdiklərini kompensasiya etmək üçün Tarif Şurası yaxın gələcəkdə daxili bazar qiymətlərinin bahalaşması ilə bağlı yeni qərarlar versin. Odur ki, Tarif Şurasının və ARDNŞ-nin bu məsələyə dair verdiyi son açıqlamalarda nə iqtisadi qanunauyğunluq və nə də saglam məntiq axtarmağa dəyməz. Çünki, ölkədə istehlakçı cəmiyyəti formalaşmayıb, iqtisadiyyatda istehlakçının rolu çox aşağıdır, onların rəyi nəzərə alınmır. Ona görə də mümkün iqtisadi imkanlardan həmişə birmənalı şəkildə təbii və bazar inhisarçıları faydalanacaqlar. Onlar bazar sistemində buna hökmran mövqelərini saxlamaqla, ictimai məhsul və xidmətlərin satışında isə korporativ marağa xidmət edən Tarif Şurası vasitəsilə nail olurlar. Nə qədər ki bu vəziyyət davam edəcək, o qədər də bu proseslərdən uduzan yenə də biz istehlakçılar olacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
297

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru