Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2015
10:32
379
Ağsu dağlarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ağsu rayonunda dağlıq ərazidə baş verən yanğın hadisəsinin qarşısı alınıb. Yanğın sentyabrın 4-də gecə saat 23:30 radələrində Ağsu şəhərinin şimalındakı dağlıq ərazidə başlayıb. Yanğın kol-kos və xırda ağaclar olan ərazini əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə geniş ərazini əhatə etdiyi üçün və alovun yaxınlıqdakı sıx meşəyə keçməsi təhlükəsi yarandığı üçün əraziyə kömək üçün Kürdəmir və Şamaxı yanğınsöndürənləri də cəlb olunub. Dağlıq ərazidə havanın və küləkli olması alovun qarşısını almaq işini çətinləşdirib. Yanğın gecə saat 2:00 radələrində tam söndürülüb. Ümumilikdə 2.5 hektar ərazidə kol-kos və xırda ağaclar yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

FHN-in yaydığı məlumatda bildirilir ki, Ağsu rayonunda dağlıq ərazidə 2.5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

01:02

Ağsu rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Yanğın sentyabrın 4-də gecə saat 23:30 radələrində Ağsu şəhərinin şimalındakı dağlıq ərazidə qeydə alınıb.

Yanğın hazırda kol-kos və xırda ağaclar olan ərazini əhatə edir. Hadisə yerinə FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə geniş ərazini əhatə etdiyi üçün və alovun yaxınlıqdakı sıx meşəyə keçməsi təhlükəsi yarandığı üçün əraziyə kömək üçün Kürdəmir və Şamaxı yanğınsöndürənləri də cəlb olunub.

Hazırda yanğın davam edir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Dağlıq ərazidə havanın və küləkli olması alovun qarşısını almaq işini çətinləşdirir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
228

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
131

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
211

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
148

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
160

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
145

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
164
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 22:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru