
Episentri Şəkidə qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunub. Bəzi tikililərə ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi müəyyənləşdirilir. Bu gün səhər saatlarında yeraltı təkanlar Oğuzu da silkələyib. İnsanlar təşvişə düşüb. Zəlzələ əsasən rayonun Padar, Kərimli və Astarxanovka kəndlərində daha çox hiss olunub. Bəzi yaşayış evlərində, tikililərdə müəyyən çatlar əmələ gəlib. Vəziyyətin ciddiliyni nəzərə alan rayon rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib. Bu kəndlərdə icra nümayəndəlikləri tərəfindən komisiya yaradılıb. Komissiya işini yerlərdə davam etdirir. Zərər görən evlər siyahıya alınır, dəyən ziyanın həcmi müəyyənləşdirilir. Xoşbəxtlikdən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO