Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2015
09:47
Rusiyalı ekspert Qarabağ müharibəsinin yaxın olduğunu dedi

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana planlaşdırılmamış səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun həmsədri kimi onun nizamlanmasında Rusiyanın rolunu müzakirə etmək zərurətindən irəli gəlib.

Bunu "Svobodnaya pressa"ya müsahibəsində Rusiyanın Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bildirib.

Onun fikrincə, Ermənistan və Azərbaycan arasında yeni müharibənin baş vermə ehtimalı yüksəkdir.

"Münaqişə dondurulmuş şəkildə, əlbəttə ki, mövcud ola bilər, lakin unutmayın ki, Azərbaycan torpaqlarının 20%-ni itirib. Və mən Azərbaycan rəhbərliyinin bundan sonra da vəziyyətlə barışacağına səbəb görmürəm. Niyə o zaman öz silahlı qüvvələrinə böyük pullar yatırır?", — deyə ekspert qeyd edib.

O xatırladıb ki, Azərbaycan Rusiyadan xeyli sayda hücum silahları alıb: təqribən 200 ədəd T-90 tankı, ağır odsaçan sistemlər, "Smerç" reaktiv yaylım atəşi sistemi və başqa silahlar.

Qüvvələr nisbətinə gəldikdə isə, ekspertin sözlərinə görə, hazırda Azərbaycan texnikanın sayına əsasən postsovet məkanında Rusiydaan sonra ikinci yeri tutur, lakin şəxsi heyətin hazırlıq səviyyəsinin hansı yerdə olduğunu demək çətindir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
95

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
195

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
135

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
140

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
250

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
335

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
262

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
59

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru