Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2015
09:39
Əgər əhali kiçik borcları ödəyə bilmirsə...

Böyük məbləğlərin ödənişində yaranmış problemi təsəvvür etmək çətin deyil

Ölkədə sosial-iqtisadi vəziyyət hər gün daha da kəskinləşir.  Bu haqda mütəmadi yazılsa da, statistik rəqəmlər fəlakətin anonsunu versə də, ekspertlər həyəcan təbili çalsa da, hakimiyyət heç bir əməli addım atmır. Əksinə, çıxış yolu kimi xırda sahibkarlara əlavə “haqq” tətbiq etməyi,  vətəndaşı daha artıq sıxmağı seçiblər. Bu isə avtomatik olaraq sosial partlayışa zəmin hazırlayır və prosesi qarşısıalınmaz mərhələyə yuvarlayır.

Statistik rəqəmlər göstərir ki, problemli mikrokreditlərin həcmi dəfələrlə artıb. Fins.az xəbər verir ki, 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkədəki mikrokredit təşkilatlarının kredit portfelində problemli kreditlərin həcmi 4 dəfədən çox yüksəlib. Beləliklə, 2014-ci ilin ilk yarısının nəticələrinə görə, problemli mikrokreditlərin həcmi 12 507 810 dollar idisə, 2015-ci ilin ilk yarısının nəticələri bu rəqəmin 4.1 dəfə artaraq 51 774 032 dollar olduğunu göstərir. Mikrokrelit portfelində problemli kreditlərin həcmi 1,5 faizdən 7,6 faizə qalxıb. Ayrı-ayrı təşkilatlarda isə problemli kreditlərin həcmində daha böyük, hətta 10 dəfələrlə artım baş verib. Problemli kreditlərin artımı mikrokreditləşmə ilə məşğul olan, demək olar, bütün təşkilatlarda baş verib. Azərbaycanda hazırda mikrokreditləşmə ilə 8 bank məşğul olur. Ekspertlər bildirir ki, mikrokreditlərdə problemli kreditlərin fantastik artımı iri məbləğli kreditlərlə bağlı vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir.

Bu rəqəmlərdən də görünür ki, əhalinin ödəmə qabiliyyəti 10 dəfə azalıb. Faktiki olaraq mikrokreditlərin ödənişində tormozlanma yaranıb. Deməli, makrokreditlərin ödənişində vəziyyət daha acınacaqlıdır. Ayda 100-150 manat ödəniş etməli olanlar “ağ bayraq” qaldırıbsa, ayda 500-1000 manat ödəməli olanların vəziyyətini təsəvvür etmək çətin deyil.

Gedişat onu göstərir ki, yaxın gələcəkdə milyonlarla insan kredit borclarını ödəməkdən açıq şəkildə imtina edəcək. Çünki, bu şərtlər daxilində həm yaşayıb, həm də ağır faizləri ödəmək mümkünsüz olub.

Belə bir şəraitdə nə monopoliyalar ləğv olunur, nə sahibkarlığa imkan yaradılır, nə Qərblə münasibətlərin normallaşdırılmasına cəhd edilir, nə də süni qiymət artımlarının qarşısı alınır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 01:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru