Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2015
14:31
İqtisadi böhran QMİ-ni hər həftə zəvvarlara yalvarmağa məcbur edir

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlər dolmaq üzrədir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Hazırda 90 yer boş qalıb. Azərbaycana ayrılan yerlərdən nisbətən ucuz variant üçün 30 yer, nisbətən bahalı variant üçün isə 60 yer hələlik boşdur.

Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayrılıb. Ziyarət üçün sənəd qəbulu bu ayın sonunda başa çatacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu martın 11-də başlayıb. Ziyarət sentyabrın 11-də başlayacaq. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı əlavə iki ay uzadılıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq və  4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.    

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43250

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41548

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43164

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42637

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43099
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 22:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru