Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2015
14:26
DƏHŞƏT! Azərbaycanda son 12 saatda 4 intihar olub

Son günlər Azərbaycanda intihar hadisələrinin sayında yenidən artım qeydə alınıb. FaktXəbər-in məlumatına görə, bu say son 12 saatda dəhşətli dərəcədə çox olub. İntihar hadisələri ilə bağlı məlumatları təqdim edirik:

Saatlı rayon Polis Şöbəsindən verilən məlumatına görə, gecə saatlarında rayonunun Qıraqlı kənd sakini, 1991-ci il təvəllüdlü Həşimov Mirvasif Mirfayil oğlu özünü asaraq öldürüb.

İsmayıllı rayonu, İvanovka kənd sakini, 1983-cü il təvəllüdlü Turişev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib. Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. V. Turişev bundan təsirlənərək özünə qapanıb və intihar edib.

Sabirabad rayonu, Yenikənd sakini, 1990-cı il təvəllüdlü Cabbarov Cabbar Əbil oğlu özünü asıb. Onun meyiti tam tikilməmiş evin damında, asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

İsmayıllı rayonuHacıhətəmli kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Fizuli Mərcəfər avqustun 20-də evdən çıxaraq geri qayıtmayıb. O, itkin düşmüş şəxs kimi Rayon Polis Şöbəsində qeydiyyata alınıb və axtarışına başlanılıb. Daha sonra Fizuli Rüstəmovun meyiti qonşu kəndin ərazisindəki Aşıqbayramlı gölündən tapılaraq ailəsinə təhvil verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42707

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 04:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru