Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2015
12:37
Ərdoğan Türkiyədə koalisiya hökumətinin qurulmasına niyə icazə vermədi? - ANALİZ

Türkiyədə vəziyyət gərgindir desək, yanılmarıq. 7 iyun seçkilərindən keçən dövrdə aparılan koalisiya hökuməti danışıqları heç bir nəticə vermədi. Hakim AK Partiya qalib partiyalarla ayrı-ayrılıqda görüşərək, qarşılıqlı təklifləri dinlədi. Amma nəticə heç də müsbət olmadı. Davutoğlu heç kəsin irəli sürdüyü şərti qəbul etmədi. Halbuki, irəli sürülən şərtlərin heç biri Türkiyənin dövlətçiliyi baxımından təhlükəli hesab edilmir, amma tətbiq olunacağı halda, AK Partiyanın fəaliyyət dairəsi daralacaq və bəzi şəxslərin etdiyi əməllərə görə məhkəmə qarşısına çıxacağı görünür.

CHP-nin KOALİSİYA PRİNSİPLƏRİ

CHP lideri Kamal Kılıçdaroğlunun baş nazir Əhməd Davudoğlu ilə görüşü zamanı CHP 14 maddəlik koalisiya prinsiplərini belə açıqlayıb:

 1. Hüququn aliliyi təmin edilməlidir.

 2. 12 Sentyabr dövlət çevrilişi tarixə basdırılmalıdır.

 3. Siyasətdə əxlaq hakim olmalıdır.

 4. Rifah sosial dövlət anlayışına salınmalıdır.

 5. Prezident konstitusiya sərhədlərinə çəkilməlidir.

 6. Gizli vəsait yalnız Baş nazir tərəfindən istifadə edilməlidir.

 7. Sülh oxlu yeni bir xarici siyasət formalaşdırılmalıdır.

 8. Gəncləri potensial cinayətkar görən anlayışa son verilməlidir.

 9. Azadlıqların dairəsi genişləndirilməlidir.

 10. Media üzərindəki təzyiqə son verilməlidir.

 11. Vergi nəzarəti siyasi alət olmaqdan çıxarılmalıdır.

 12. Dövlət maliyyəsi şəffaf olmalıdır.

 13. Azadlıqsevər, demokratik bir Konstitusiya hazırlanmalıdır.

 14. Korrupsiya ilə fəal mübarizə aparılmalıdır.

HDP-nin KOALİSİYA ŞƏRTLƏRİ

HDP-nin koalisiya üçün təklif etdiyi şərtlər 3 başlıqda formalaşmışdı:

1. Demokratiya.

- Mülkü, demokratik, cinsi bərabərlik, ekoloji və sosial çərçivənin əsas yer tutduğu yeni konstitusiyanın hazırlanması, Prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılması

- Daxili Təhlükəsizlik Haqqında Qanun və Terrorla Mübarizə Qanununun ləğv edilməsi

- Siyasi Partiyalar Qanununun demokratikləşdirilməsi və seçki bəndinin qaldırılması

- Məhkəmə islahatının, məhkəmə müstəqilliyi və obyektivliyini güdəcək şəkildə aparılması

- Etiraz hüququ, söz azadlığı, həmkarlar təşkilatı azadlıqları və mətbuat azadlığının təminat altına alınması

- Podratçı sistemə son verilməsi, minimum əmək haqqı və əmək pensiyalarının artırılaraq pensiya yaşının azaldılması, iş təhlükəsizliyi və iş təminatının təmin olunması, təyin edilməyən müəllimlərin dərhal təyin edilməsi

- Nüvə stansiya layihələri ilə təbiət qırğınlarına yol açan HES və termik stansiya layihələrinin təxirə salınması.

2. Ədalət.

- Korrupsiya və rüşvət iddialarının ciddi araşdırılması

- Suriyaya qanunsuz silah daşınmasının öyrənilməsi və araşdırılması

- Roboski qırğınının günahkarlarının müəyyən edilməsi və cəzalandırılması üçün istintaqın yenidən açılması

- Gezi və Kobani müqaviməti zamanı qətlə yetirilən soydaşlarımızın əsl günahkarlarının müəyyən edilməsi və cəzalandırılmasının təmin edilməsi

- Qadına qarşı hər cür zorakılığın və qadın qırğınlarının qarşısının alınması üçün təcili və real tədbirlər hazırlanması, nifrət ritorikasının ağır cəzaya daxil edilməsi, Qadın Nazirliyinin yaradılması

- Soma və Ermenek fəhlə qırğınlarının hər səviyyədə araşdırılması və məsuliyyəti olan hər kəsin cəzalandırılması.

3. Sülh, barış.

- Kürd probleminin həllində açıq, şəffaf, Parlamentin nəzarətində, müşahidəçi heyətlərlə müzakirə prosesinin işlənilməsi

- Müzakirə prosesində dinləyicilərin sərbəst şəraitdə və bərabər imkanlarla görüşü davam etdirməsinin təminat altına alınması

- İkitərəfli atəşkəsin həyata keçirilməsi, xəstə əsirlərin azadlığa buraxılması şərait yaradılması

- Həqiqət və Keçmişlə Üzləşmə Komissiyasının Parlament tərkibində yaradılması

- Suriya və İraq başda olmaqla İŞİD və s. qrupların Türkiyə üzərindən əldə etdiyi hər cür dəstəyin kəsilməsi, bu qruplara qarşı təsirli tədbirlərin hazırlanması

- Suriyada bütün xalqlar və inanc qrupları ilə bərabər əsasda münasibət qurulması, Suriyanın daxili sülhünə və demokratikləşmə prosesinə fəal dəstək verilməsi.

MHP-nin KOALİSYA ŞƏRTLƏRİ

7 iyun günü MHP-nin sədri Dövlət Bağçalı irəli sürdüyü şərtləri son günə kimi dəyişmədi və eynisini təkrarladı. Amma nədənsə koalisiya danışıqlarından sonra AK Partiya bütün günahları MHP-nin üstünə atdı və "istəmədilər" dedi. İşin kritik nöqtəsi isə ondan ibarətdir ki, AK Partiyanın nəzarətində olan media koalisiya danışıqları məsələsində CHP və HDP-nin deyil, məhz MHP-nin üzərinə çox düşdü. Belə olan halda MHP-nin hansı koalisiya şərtləri irəli sürdüyü maraqlı idi:

1. Terrorla müzakirə deyil, mübarizə aparılacaq.

Həll prosesi boyunca PKK güclənib, böyüdü və yalnız bu 1 ayda hər gün partlayış, ölüm xəbərləri gəldi, muxtariyyət elan etdilər.

Amma Ak Partiyanı bu maddə maraqlandırmır, ya da narahat etmir. "Çözüm sürəci" ilə Türkiyənin çözüldüyünü görmürlər.

2. Konstitusiyanın ilk 4 maddəsinə toxunulmasın.

- Dövlətin forması

 Maddə 1 - Türkiyə dövləti bir Cümhuriyyətdir.

 - Cümhuriyyətin xüsusiyyətləri

 Maddə 2- Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmət edən hüquq dövlətidir.

- Dövlətin bütövlüyü,rəsmi dili, bayrağı, milli himni və paytaxtı

Maddə 3- Türkiyə dövləti, ölkəsi və milləti bölünməz bir bütündür. Dili Türkcədir. Bayrağı, şəkli qanununda göstərilən, ağ ay-ulduzlu al bayraqdır.

Milli himni "İstiqlal Marşı"dır.

Paytaxtı Ankaradır.

- Dəyişdirilməyəcək hökmlər

 Maddə 4- Konstitusiyanın 1-ci maddəsindəki Dövlətin şəkilinin Cümhuriyyət olduğu haqqındakı hökm ilə, 2-ci maddəsindəki Cümhuriyyətin atributları və 3-cü maddəsi hökmləri dəyişdirilə və dəyişdirilməsi təklif edilə bilməz.

Bu maddələrin hər bir dövlət üçün nələri izah etdiyi barədə danışmaq mənasızdır. Yəni bunlar hər bir dövlətin təməl prinsipləridir.

3. Məhkəmə 17-25 dekabr korrupsiya cinayətlərinin sonuna qədər gedəcək.

Nədir bu korrupsiya cinayətləri?

Nazir uşaqlarının otaqlarından çıxan qutu-qutu pullar.

Barış Gülər 17 dekabr səhər saatlarında atasına zəng vurub. Atası, Türkiyənin daxili işlər naziri Muammer Gülər, "nə var oğlum sənin evində", - deyə sual edib. Oğlu "üç-beş qəpik" deyib. Atası, "neçə lirədir oğlum", - deyə verdiyi suala belə cavab alıb: "bir milyard civarında".

- (Bilal Ərdoğan) Məndə nə ola bilər atacan, sənin pulun var kassada.

- (Rəcəb Tayyib Ərdoğan) Tamam sıfırladınızmı?

- 30 milyon avro var, xərcləyə bilməmişik hələ.

Bunları nə tez unutdunuz? Bu səs yazılarını aparanları və açıqlayanları da tutdunuz. Səbəb?

 4. Prezident konstitusiya sərhədlər içində qalacaq.

Bir Prezident kütləvi açılış adı altında meydanlara çıxıb AK Partiyaya işarə edərək 400 deputat istədi. Bununla da kifayətlənməyib, "400-ü verin, bu iş əmin-amanlıq içində həll olunsun", - dedi. Hər səfər və görüşlərində AKP təbliğatı aparıb, içdiyi andı və konstitusiyanı pozub.

Türkiyədə hökumət qurmaq müddəti seçkilərdə ən çox səs toplamış AK Partiyanın fəaliyyətsizliyi ilə başa çatmaq üzrədir. Qalan bir neçə günlük müddətdə isə hökumət qurmaq səlahiyyəti qanunla CHP-yə verilməlidir. Amma Ərdoğan bu səlahiyyəti onlara verməyəcəyini açıqladı. Səbəb isə yoxdur. Kılıçdaroğlu isə tam əminliklə qalan müddət ərzində hökuməti qura biləcəklərini açıqlayıb. Görünür, Ərdoğan hökuməti etdiyi əməllərin cəzasını çəkəcəyi və səlahiyyətlərinin qanunlar çərçivəsinə salınacağı günü bir müddət də uzatmaq istəyir. Çünki partiyaların koalisiya hökuməti üçün irəli sürdüyü təkliflərin hər birində korrupsiya ilə mübarizə və səlahiyyət həddinin aşılmaması barədə bəndlər var.

FaktXəbər Analitik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru