Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2015
14:43
Natiq Cəfərli əfv ərizəsi ilə bağlı ittihamlara cavab verdi

REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanada ona təzyiqlər olunduğu və ölkə başçısına əfv ərzisəi yazmaq üçün məcbur edildiyi barədə ictimaiyyəti məlumatlandırıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov isə açıqlamasında  REAL Hərəkatının sədri İlqar Məmmədovun 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət etdiyini bildirib. O əlavə edib ki, bu sənəd onun şəxsi işində də var və İlqar Məmmədov əfv üçün artıq müraciət edibsə, onu dövlət başçısına ikinci dəfə əfv ərizəsi yazmağa məcbur etmək lazımsız bir işdir. 

Məsələ ilə əlaqədar FaktXəbər-ə açıqlama verən açıqlama verən REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirdi ki, Yaşar İsakovun söylədikləri məntiqdən kənar sözlərdir: "Əvvəla, Penitensiar Xidmətin qeyri-peşəkar açıqlamasında deyilir ki, İlqar Məmmədov heç kimə lazım deyil. İlqar Məmmədov ilk növbədə ailəsinə, sonra dostlarına, rəhbəri olduğu REAL Hərəkatına və nəhayət, ölkəmizdə Cümhuriyyətin bərqərar olmasını istəyən hər bir vətəndaşımıza lazımdır. Penitensiar Xidmətdən verilen açıqlama isə yersizdir. Çünki 2014-cü ildə onları təmin edən belə bir yazı olsaydı, çoxdan yayardılar. Onların dediyi zamandan bəri İlqara bəyə dəfələrlə əfv yazmaqla bağlı təkliflər, təkidlər olub. Əgər belə bir yazı var idisə, niyə təkidlə müraciət edirdilər?!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
245

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru