Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2015
12:55
598
İlqar Məmmədov İlham Əliyevdən əfv istəyibmiş

2 saylı cəzaçəkmə müəssisəsində (CM) cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədovun ictimaiyyətə müraciət etdiyi barədə məlumat vermişdik. İ.Məmmədov həmin müraciətində 2 saylı CM rəhbərliyini ona mənəvi təzyiq göstərdiyini bildirirdi. Həmçinin İ.Məmmədov CM rəisinin müavinini ona dəfələrlə xəbərdarlıq etdiyini deyir. Müavin deyib ki, əgər Məmmədov prezidentə əfv üçün müraciət etməsə, ona divan tutulacaq.

İ.Məmmədovun sözlərinə görə, o, bu gün flüoroqrafiya müayinəsindən (döş qəfəsinin rentgen müayinəsi) keçməkdən imtina edib. Bu müayinə məcburidir. Ədliyyə Nazirliyinin göstərişinə görə, bütün məhkumlar bu müayinədən keçməlidir. İ.Məmmədov isə həyatına ola biləcək təhlükələrdən çəkinərək bu müayinədən imtina edib.

Bundan sonra CM rəisinin müavini Emin Həsənov İ.Məmmədovu yanına çağırıb və onu divan tutmaqla, işgəncə ilə hədələyib. İ.Məmmədov onu da əlavə edib ki, CM rəhbərliyi onun telefondan istifadə hüquqlarını məhdudlaşdırıb.

FaktXəbər-in məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov İ.Məmmədovun bu bəyanatını virtualaz.org saytına şərh edərkən bildirib ki, məhkum Məmmədovun bugünkü bəyanatı təxribatdır və onun özündən qəhrəman düzəltmək, ictimaiyyətin diqqət mərkəzində qalmaq üçün göstərdiyi yeni cəhddir: “Rəsmən bəyan edirik ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət edib. Bu sənəd onun şəxsi işində də var. Əgər İlqar Məmmədov əfv üçün artıq müraciət edibsə, onu dövlət başçısına ikinci dəfə əfv ərizəsi yazmağa məcbur etmək nəyə lazımdır? 

Digər tərəfdən, biz heç kimi məktub və müraciət yazmağa, əfv istəməyə məcbur etməmişik və məcbur etmirik. Bu, bizim funksional vəzifələrimizə daxil deyil. Əgər məhkum hansısa bir dövlət orqanına və ya dövlətin baçısına müraciət edirsə, biz onun bu qanuni hüquqlarını təmin edirik.

Əslində burada məsələ tamam başqadır. Məhkum İlqar Məmmədov cəzaçəkmə müəssisəsində özü üçün güzəşt və üstünlüklər tələb edir. Bu isə milli qanunvericiliyə, habelə CM-in daxili qaydalarına və daxili rejiminə ziddir və qanunla yolverilməzdir. Müəssisədə özünə xüsusi status tələb edən Məmmədov daxili rejim qaydalarını tez-tez pozur”.

Rentgen müayinəsi zamanı Məmmədovun səhhətinə təhlükə olması barədəki sualı cavablandıran Y.İsakov bildirdi ki, bu iddia sadəcə olaraq gülməlidir: “Vərəmlə mübarizə üzrə təlimata uyğun olaraq avqustun 11-dən etibarən bütün CM-lərdə flüoroqrafiya müayinələri həyata keçirilir və bütün məhkumlar müayinə olunur. Bu müayinələri Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi həyata keçirir. Həmin təlimat 2013-cü il, avqustun 1-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.

Məsələ burasındadır ki, İlqar Məmmədov bu gün - avqustun 14-də saat 15:00-da özü könüllü şəkildə bu müayinədən keçib. Onun bütün spekulyasiya və demaqoji ritorikası isə gülüş doğurur. Bunun əvəzinə başqa şey düşünsə, daha yaxşı olar. Belə variantlar artıq yeni və maraqlı deyil. Bir şeyi də anlamaq lazımdır ki, İlqar Məmmədov özündən başqa artıq heç kəsə gərək deyil”.

Y.İsakov sonda bunu xüsusi qeyd etdi ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
32

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
212

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
24

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
30

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
57

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
33

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 15:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru