Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

13 Avqust

2015
15:34
3654
`28Mall`un kinoteatrında biabırçılıq - FOTO

Bakıda nə qədər beynəlxalq standartlara cavab verən ictimai obyektlər inşa edilsə də, əhalinin davranış qaydaları barbarları xatırladır. Bir neçə gün əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunun "Qarabağ"ın "Seltik"lə oynundan sonra vəziyyətini göstərən fotolar təqdim etmişdik. Azarkeşlər yedikləri və içdikləri bütün qidaların zibilini stadionun harasına gəldi atıb getmişdilər. Düzdür, bəziləri buna görə bizə irad bildirdi ki, bütün dünyada futboldan sonra stadion bu səviyyədə olur. Amma bilmədik, iradı bildirənlər Azərbaycandan başqa hansı ölkənin stadionunda olmuşdular.

Bu dəfə isə FaktXəbər olaraq daha bir ictimai obyektdə çəkilmiş dəhşətli fotoları təqdim edəcəyik. Bu, "28Mall" Ticarət Mərkzində yerləşən "28May Cinema"nın kino zalıdır. Təsəvvür edin ki, kinoya baxmağa gələnlər özləri ilə gətirdikləri popkorn və və suları yerə dağıtmaqdan sanki zövq alırlar. Oturacaqların arasına tökülən şirəli sulardan ayaqqabı yerə yapşır, bütün zal isə popkorn qalıqları ilə dolu olur senasdan sonra. Zaldan çıxanlardan soruşsaz, yəqin ki, özlərini elit təbəqinin nümayəndəsi, yüksək mədəniyyətə sahib hesab edərlər. Amma etdikləri bunu sübut etmir. Faktlar aşağıdakı şəkildən görünür. Kinoteatrı hər seansdan sonra təmizləyirlər, amma bu onu deməyə əsas vermir ki, oranı zibilləmək lazımdır. O məntiqlə yanaşsaq, onda gərək evdə də yediklərimizi evin içinə ataq, onsuz da təmizləyəcəklər.

Məqalədə : 28mall 28cinema 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
69

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
377

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
111

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 06:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru