Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2015
13:48
Türkiyədə yaranmış böhran saxtadırmı? - ANALİZ

Türkiyədə keçirilən son parlament seçkilərindən və AK Partiya reytinqinin ciddi şəkildə geriləməsi Ərdoğan və Davudoğlu cütlüyünün ciddi narahatlıq keçirməsinə səbəb oldu.

Yaranmış situasiyadan çıxmaq təbii ki, AK Partiyanın əsas predmetinə çevrildi. Şanlı Urfa vilayətinin Suruç  rayonunda 37 kürd vətəndaşın ölümü ilə nəticələnən intiharçı terror aktı Türkiyədə yaranmış böhranın qığılcımı oldu.

Əgər müxalifət birləşib Ərdoğan və AKP hakimiyyətinə son qoymazsa və yaxud koalisiya hökuməti qurulmazsa noyabr ayında yenidən parlament seçkiləri keçiriləcək. Belə olan şəraitdə cəmiyyətin fikrini yenidən AKP xeyrinə dəyişmək, təbii ki, Ərdoğan və Davudoğlu hökumətinin ən önəmli məqsədi sayılır.

Son seçkilərdə millətçilər kürdlərin uğur qazanmasından narahat idilər və bunda AKP-ni günahkar sayırdılar. Digər tərəfdən isə xalqa Ərdoğan və Davudoğlu hökumətinin Suriyadakı terror qruplaşmaları ilə əlaqələri tam aydın olub. Hətta hökumətin İŞİD terror qruplşması ilə də əlaqədə olması barədə yetərincə faktların mövcud olduğu müşahidə olundu. Bütün bunlar, həm millətçilərin və həm də Türkiyə xalqının bir çox hissəsinin AKP hökumətinin məramlarına qarşı ciddi şübhələrin yaranmasına səbəb oldu.

Bir çoxları Türkiyədə yaranmış hazırkı böhranın arxasında məhz AKP hökumətinin, xüsusilə Ərdoğan Davudoğlu və MİT rəhbəri Hakan Fidanın durduğu qənaətindədir.

Ekspertlərin fikrincə, AKP çalışır ki, noyabr ayındakı yenidən keçirilən parlament seçkilərində millətçilərin və terrorçularla əlaqəyə görə bu partiyaya mənfi rəy verən əhalinin səsini öz xeyirlərinə dəyişsin. Məhz bu cəhətdən də saxta şəkildə kürd və İŞİD terroru böhranı yaradılıb. Əhalinin fikrini müxalifət və onların təbliağtından yayındırmaq, AKP-nin doğru yolda olduğunu nümayiş etdirmək, yaradılan böhrandan faydalanmağın əsas məqsədidir.

Nəzərə almaq lazımdır ki, Ərdoğan və Davudoğlu hökumətinin nələrə getdiyini biz MİT rəhbəri Hakan Fidanın təxminən bir il əvvəl yayıldığı səs yazısından da duya bilərik. Orada Hakan Fidan açıq-aydın qeyd etmişdi ki, biz Suriyada olan, Türkiyənin ərazisi kimi tanınan Süleyman Şah türbəsini özümüz partladaq və sonra da deyək ki, bizim ərazi işğal olunub. Daha sonra isə Suriyaya hərbi müdaxilə edək.

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyənin hazırkı hakimiyyətində əyləşənlərin nə dini və nə də milli ideologiyası mövcuddur. Türkiyənin başını alan bu qara buludlar isə həmin çatışmazlığın məhsuludur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
207

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
218

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
338

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 02:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru