Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2015
21:57
İnsanı xoşbəxt və ya bədbəxt edən AMİLLƏR

insanın xoşbəxt və ya bədbəxt olmasına təsir edən amillər çoxdur. Onlardan bəzisinə işarə edək:

1. İrsi amil. Həm elm və həm də təcrübə isbat edir ki, saleh insanların övladı adətən saleh və fasid insanların övları fasid olurlar. Əlbəttə ki, istisnalar da olur. Belə ki, ata və ananın irsi genləri övadlarına ötürülür. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur:"Bataqlıqda bitən güldən çəkinin". Yəni o qadın ki, zahirdə gözəl olmasına baxmayaraq, alçaq bir ailədə böyüyübsə, ondan çəkinin. Peyğəmbərin (s) nəzərinə görə evlənmək üçün əsl meyar - din və əxlaq olmalıdır.

 

2. Qidalanma. İnsanın qidalanma tərzi onun zahirinə və batininə təsir qoyar. Ona görə də dinimiz qidamızın pak olmasına çox işarə etmişdir. Həmçinin buyurur ki, lətif qidalar yeyin. Əgər uşaqlıqda bu cür yeməklərə adət etsəniz, zahiriniz də lətif olar. Əgər insan uşaqlıqdan günah etməyi sevərsə, bu insanların yediklərində adətən problem olur.

 

3. Dostlar. İnsanın yoldaşı və dostu ona güclü təsir qoyar. Yaxşı dost insanın yolunu azmağa qoymaz və nicat verər. Quran bu mövzuya çox toxunmuşdur. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur'anın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı". Şeytan insanı həmişə xar edib və (indi də) edir". ("Furqan" 28-29). Bu ayədə adı çəkilən şeytan (lən) - həmin dostlardır. Tarixdə o qədər olub ki, iffətli qadınlar əxlaqsız rəfiqələrinə görə yollarını azıb və günaha düçar olublar. Hətta bir müddət sonra hicablarını belə açıblar.

 

4. Mühit. Ev, məktəb mühiti insana təsir qoyan amillərdəndir. Əgər cəmiyyət fəsaddırsa, onun üzvləri də fəsada tərəf meyl edər. Həmçinin o ailədə ki, əxlaqi dəyərlərə riayət olunmaz, orada böyüyən uşaqlar da bu cür olar. Çox az adam tapılar ki, qeybət, töhmət olan bir məclisdə iştirak etsin və həmin məclisin rənginə boyanmasın. Ona görə də deyə bilərik ki, təmiz və pak olmayan mühitin insanın xoşbəxt və ya bədbəxt olmasına təsiri vardır. (Tebyan)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42696

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41045

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42613

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42124

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47617

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42051

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42431
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 18:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru