Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2015
10:39
620
“Skype”, “Facebook”, “WhatsApp” Azərbayacanı tərk edə bilər

Nazirin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” lisenziyalaşdırılmalıdır.

“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən “Skype”, “Facebook” , “WhatsApp” da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

Nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün ANS PRESS-ə bildirdiyinə görə, nazir əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.

“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Belarusda İnternetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır:

“Mobil operatorlarında bəzi “Skype”, “Facebook” , “WhatsApp” la eynidir. Ona görədə cür resursların məhdudlaşdırılması mobil operatorlara sərf edəcək. Çünki gündəlik həyatımızda artıq internet üzərində zənglər geniş yayılmaqdadır. Bu isə mobil operatorların külli miqdarda gəlir itirməsi deməkdir”.

Osman Gündüz bildirib ki, bu fikir hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülə bilər.

“Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər”.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasında bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəməmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşırıq.

“Sadəcə, bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanib və tezliklə Milli Məclisə göndəriləcək”.

Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görə də vergi qoyma məsələlərini onlarla müzakirə etmək lazımdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, lisenziyalaşdırmanın və vergi qoymanın tətbiqi “Skype”, “Facebook” , “WhatsApp” fəaliyyətinə mənfi təsir göstərə bilər.

“Onların lisenziyalaşdırılması və vergi qoyma məsələsinin gündəmə gətirilməsi həmin şirkətlərin Azərbaycanda fəaliyyətlərinə yenidən baxmaları ilə nəticələnə bilər. Ümumilikdə Azərbaycan bazarı qlobal rabitə xidməti göstərən “Skype”, “Facebook” , “WhatsApp” üçün balacadır”,- deyə Osman Gündüz bildirib.

Müştərilər həmişə ucuz qiymət axtarışındırlar. Son vaxtlar isə insanlar daha sərfəli xidmət təklif edən “Skype”, “Facebook” , “WhatsApp” vasitəsi ilə bir-biri ilə əlaqə saxlamağa başlayıblar. Ümid edirik ki, lisenziyalaşdırılması onsuz da baha olan mobil tariflərə təsir etməyəcək və müştərilərin məmnunluğuna xidmət edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
119

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
70

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
54

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
52

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
152

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
167

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
107

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
114

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
191

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
126
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 15:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru