Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2015
15:30
Tural Mustafayev: Məni intihar həddinə Xədicə İsmayılova çatdırmayıb

Bazar ertəsi jurnalist Xədicə İsmayılovanın işi üzrə prosesə müstəqil mətbuat nümayəndələri və vətəndaş cəmiyyətinin fəalları yenidən zala buraxılmayıb. Eyni zamanda X.İsmayılovanın iki qohumu, həmçinin ABŞ, Fransa, Niderland və Aİ səfirliklərinin əməkdaşları zala buraxılıblar.

Məhkəmə binasının yanına müxalifət, hüquq-müdafiə və gənclər təşkilatlarının nümayəndələri toplaşıblar.

Bu gün prosesdə “zərərçəkən” Tural Mustafayev, həmçinin şahidlər – jurnalistlər Çingiz Sultansoy, Şahvələd Çobanoğlu, hüquqşünaslar Samirə Ağayeva və Rövşanə Rəhimli (T.Mustafayevin keçmiş nişanlısı) çıxış edirlər.

T.Mustafayev ifadə verərkən bildirib ki, X.İsmayılovanın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb. Bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib.

Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də Tural Mustafayevin onu ölüm həddinə çatdırmaq üzrə şikayəti əsasında saxlanılıb. Sonradan T.Mustafayev bildirib ki, ifadəni təzyiq altında verib, lakin X.İsmayılovaya qarşı cinayət işi dayandırılmayıb.

Fevralda X.İsmayılovaya qarşı  179.3.2 (mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergidən yayınma)  və  308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

X.İsmayılova ittihamları siyasi motivli hesab edir. Amnesty İnternational X.İsmayılovanı “vicdan məhbusu” kimi tanıyıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43260

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43184

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42652

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48169

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 00:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru