Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2015
12:40
`ASAN xidmət` 2 gün işləməyəcək

Sabah və 9 avqust tarixlərində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlərlə əlaqədar xidmət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür.

Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlər də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 02:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru