Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2015
09:58
İqtisadçı ekspert: Maliyyə sabitliyi alt-üst ola bilər

Ekspertlər bildirirlər ki, gözlənilən ikinci devalvasiya bank sistemini çökdürə bilər, bankların yarısı batacaq, sosial partlayış riski var...

Milli valyuta olan manatın sabitliyi yenə gündəmdədir. İlin əvvəlində baş verən kəskin devalvasiyadan sonra özünü düzəldə bilməyən iqtisadiyyat və bank sektorunu növbəti ciddi təhlükə təhdid etməkdədir. Ekspertlər növbəti devalvasiyanın anonsunu verib. Həmçinin, manatın dəyərdən düşməsinin nəticəsi barədə bədbin proqnozlar veriblər. 

Ekspert Samir Əliyevin musavat.com-a verdiyi açıqlamaya görə, Azərbaycanda ikinci devalvasiya baş verərsə, bu, ilk növbədə bank sektorunun çökməsinə gətirib çıxaracaq: “Çünki birinci devalvasiyanın neqativ təsirləri də özünü bank sektorunda göstərir. Bankların maliyyə vəziyyəti pisləşir, zərəri artıb, gəlirləri azalıb. Problemli kreditlərin həcmi artıb. Bankların valyuta mövqeyi pisləşib. Xarici banklar qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bir sözlə, banklar çox pis durumdadır. Hələ birinci devalvasiyanın nəticəsi ortadan qalxmayıb. Düşünürəm ki, ikinci devalvasiya baş verərsə, bu, Azərbaycanın bank sisteminin, maliyyə sisteminin konkret olaraq çökməsinə gətirib çıxara bilər. Digər nəticəsi ölkədə yüksək inflyasiyaya gətirib çıxaracaq. Yəni qiymətlərin həddindən artıq bahalaşmasına, idxal olunan malların qiymətinin artmasına gətirib çıxara bilər. Bu da makroiqtisadi sabitliyin pozulmasına gətirib çıxaracaq. Yəni ümumən götürəndə, ikinci devalvasiya arzuolunmazdır. İnsanların kütləvi şəkildə manatdan imtina etməsinə, alış-verişi xarici valyuta ilə gətirib çıxara bilər. İkinci devalvasiya Azərbaycan iqtisadiyyatının maliyyə dayanıqlığını, sabitliyi riskini alt-üst edə bilər”.

Ekspertin sözlərinə görə, ikinci devalvasiya baş verəcəyi halda, ölkə bankları çökəcək: “İlkin dövrdə bankların ən azı yarısı birbaşa çökəcək. Digərlərində də problem yaranacaq, çox arzuolunmaz nəticə yarana bilər. İşsizlik, ixtisarların fonunda sosial partlayış ehtimalları da var”.

Qeyd edək ki, milli valyuta ilə bağlı ekspertlər ciddi narahatlıq ifadə edirlər. Bildirilir ki, manatın gələcək taleyinin neftin qiymətindən birbaşa asılılığı var. Ölkəyə gələn valyuta ehtiyatlarının kifayət qədər böyük bir hissəsi neftdən asılıdır. Neftin qiyməti aşağı səviyyədə qaldıqca, manata basqılar artır. Bildirilir ki, hökumət bu ilin noyabrına qədər manatı sabit saxlamağa cəhd edə bilər. Parlament seçkilərindən sonra hakimiyyətin qəti qərar verəcəyi və manatın yenidən ucuzlaşmasına gedəcəyi vurğulanır. 

Ekspertlərin fikrincə, neft gəlirlərinin azalması və avro ilə dolların məzənnəsinin bir-birinə olan münasibətlərinin manata təsiri milli valyutanın sabitliyində mühüm rol oynayır. 

Buna görə də bu səbəblər fonunda yeni qərarlar verilməzsə, ilin sonuna ölkədə yeni devalvasiya qaçılmazdır. Qeyd edilir ki, ikinci devalvasiya bank və özəl sektora ciddi təsir edə bilər. İkinci kəskin devalvasiya iqtisadiyyatı tam çökdürə bilər. Bəzi ekspertlərə görə, dövlət ilin sonuna kimi ikinci devalvasiyanın olmaması üçün çalışsa da, bu, mümkün olmaya bilər. Bildirilir ki, növbəti kəskin devalvasiya 15-20 faiz həddində gözlənilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
287

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 00:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru