Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2015
16:18
`ASAN Xidmət` işçilərinin qəzəbini soyutmaq üçün YENİ XİDMƏT növü - FOTO

Bu gündən vətəndaşlara xidmət göstərməyə başlayan Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzində işçilərin fəaliyyət zamanı gərginliklərini aradan qaldırması üçün xüsusi otaq ayrılıb. "Report" xəbər verir ki, stress atmaqdan ötrü ayrılan otaq problemli vətəndaşlarla təmasda olan və hirsini soyuda bilməyən işçilər üçün nəzərdə tutulub.

Burada rezindən olan kişi maneken quraşdırılıb və boks əlcəkləri qoyulub. Bununla da işçilər, boks əlcəyindən istifadə edərək manekeni istədikləri qədər yumruqlaya bilərlər.

Stress atma otağında, həmçinin masaj kreslosu da var. Otaqda akvarium və televizor da qoyulub. Burada şahmat oynamaq üçün imkan da yaradılıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 01:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru