Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2015
15:24
`ASAN Xidmət` əhalinin işini bir qədər də asanlaşdırdı

Qeydiyyat yerlərindən asılı olmayaraq, bütün vətəndaşlara “ASAN xidmət” mərkəzlərində xidmət göstəriləcək

““ASAN xidmət” mərkəzlərinin sayı artdıqca respublika miqyasında qeydiyyatından asılı olmayaraq, bütün mərkəzlərdə istənilən vətəndaşa xidmət göstəriləcək. Bunun üzərində iş gedir. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda “ASAN xidmət” mərkəzlərinin olmamasıdır”.

APA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. Sədr müavini bildirib ki, növbəti ildən Qəbələ və Masallı şəhərlərində “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: “Bununla da ölkə üzrə bütün mərkəzlərdə qeydiyyat yerindən asılı olmayaraq istənilən vətəndaşa xidmət göstərə biləcəyik”.

Ü. Mehdiyevin sözlərinə görə, ümumilikdə respublikadakı 9 “ASAN xidmət” mərkəzi 6 milyon 500 min vətəndaşı əhatə edib ki, onlardan da 5 milyon 700 min nəfərə xidmət göstərilib: “Bu da o deməkdir ki, əhalinin 90 faizi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən yararlana bilib”.

  

Sədr müavini qeyd edib ki, səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib: “Avtobuslar bütün ölkəni əhatə edir. Səyyar avtobuslar 6 regionda vətəndaşlara xidmət göstərir. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 02:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru