Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2015
15:57
Övladlarınızı “Camaatın uşağı”na qurban verməyin!

Hələ “Ögey ana” filmində səslənən və dillər əzbəri olan “camaatın uşağı” artıq mentalitetimizin ayrılmaz və tərkib hissəsi olub. Ailələr məhz bu sözdən ilhamlanaraq öz ailələrini,öz iş və ailə həyatlarını bu sözün üstündə qururlar. Sanki “camaatın uşağı” anlayışı olmasa həyat da olmaz. Təsadüfi deyil ki,sosial şəbəkələrdə və digər internet resurslarında uğur qazanan ixtiyari bir gənc avtomatik olaraq “camaatın uşağı” adlanır və etalon kimi ailələrə “sırınır”...

Qəbul günlərini geridə qoyduq. 150 bal yığan kim... keçid balını ölüm zülmlə keçən kim... 700 vuranlar kim... İndidən kollec düşünən kim... Prezident təqaüdçü olmaq istəyən kim... Bir sözlə əsl imtahan həyəcanını yaşadıq. Ötən ildən fərqli olaraq bu il ballar 150-yə düşmədi. Bu isə bir çox valideynlərin narazılığına səbəb oldu. Bəli bəli məhz valideynlərin. İmtahan verən abituriyent kənarda qalıb,ortaya valideynlər düşüb. Nə var nə var,dilə dişə düşüblər uşaqları 150 bal yığıb.. Bunlar gəlib düşüblər məhz TQDK-nın üstünə.Sanki övladına təhsil verən TQDK idi,valideynin xəbəri yox idi.

TQDK adından göründüyü kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Başqa sözlə 11 və ya 9 il ərzində nə öyrəndinsə imtahan verirsən.TQDK da biliyi yoxlayır və qiymətləndirir. Diqqətlə qulaq asın - qiymətləndirir. Valideynin gəlib TQDK-ya “niyə 150-yə düşürmədiz balı?” deməsi isə sadəcə gülüncdür. Müsabiqəyə buraxılma üçün verilən ballar 200-də ona görə qalıbki verilən qəbul planı 200 baldan yuxarı bal toplamış abituriyentlərin sayı ilə kəsişir. Keçən illər ərzində ona görə 150-yə enidrdiki nəticələr rüsvayçı idi və qəbul planı ilə üst üstə düşmürdü.

Digər tərəfdən... Valideynin gəlib TQDK-dan “balları 150-yə endirin” deməsi onu göstərirki valideyn övladının biliyindən xəbərsizdir və onu məktəb dönəmində özbaşına buraxaraq təhsilsiz qoyub indi də təhsili TQDK-dan istəyir. Başa düşürəm valideyn istəmir övladı digərlərindən əskik olsun.Bu təbiidir.Amma görün neçə min uşaq müsabiqə şərtinio ödədi və neçə yüz adam 0-200 bal arası nəticə göstərdi.

Son 3 gün ərzində 2 abituriyent özünü asaraq intihar etdi. Səbəb kimi də bu göstərilir ki uşaq qəbul imtahanından zəif nəticə göstərib və sarsıntıdan özünü asıb. Biraz da dərinə gedək: Uşaq niyə sarsıntı keçiribki? Dünya dağılmırki qəbul imtahanı ilə. Bu il olmadı gələn il olsun. Uşağın canından artıqdır?Ancaq hə artıqdır.. Görünürki hə. Valideynlər öz övladlarının üstünə “camaatın uşaqğı filan bal topladı sən toplamadın” kimi təzyiqlə gedərək onu bəlkədə ölümə aparır. Necə ki apardı. Adamlar tanıyıram qəbula görə uşaqğını evdən qovubki “get tələbə bileti ilə qayıt” deyib və sonra Xoşqədəm xanımın verilişinə çıxaraq gildir gildir göz yaşı tökür ki “uşağım itgin düşüb”. İnanınki Xoşqədəm xanımın verilişinə uşaqğı itgin düşənlərin yarısı uşağın evdən getməsinin əsl səbəbini gizlədir. Çünki günahın yarısı valideynin özündə olur.

Bu problemi necə həll etmək olar? Axı bu problem təkcə bu ilin deyil. Neçə illərdi davam edir. Valideynlərin bu təpkisi bu təzyiqi sona yetməlidir. “Qonşu uşağı filan yerə girdi sən girə bilmədin kel başına” deməklə guya uşağı universitetə salacaqsınız? Yazını oxuyanların bir çox qismi mənimlə razılaşsalarda bəziləri razılaşmayacaq.Bu normaldı. Ancaq bundan da önəmlisi bu problemi həll etməkdir. Uşaqlarınızı bədbəxt etməyin hörmətli valideynlər. Onlara dəstək durun. Universitetə qəbul olunmamaq dünyanın sonu deyil. Bu prosedur hər il davam edir. Ancaq insan ömrü bir anın içində yox olur. Necə ki oldu...

Sonda isə deyəcəyim tək bir söz var: “Camaatın uşağı”nın ayağına verdiyiniz övladınızın qoxusunu bir gün gələr elə “Camaatın uşağı”ndan ala bilərsiniz. Allah göstərməsin.Ancaq düşünün. Bu reallıqdır...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
202

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
213

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
333

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru