Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2015
13:42
Natiq Cəfərlinin Rövnəq Abdullayevlə debat istəyi
"Nə məntiqdir ki, öz ölkəmizdə investisiya üçün Yaponiyadan borc alırıq, amma İrana və Türkiyəyə də investisiya qoyuruq?!"

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev ANS TV-ə müsahibə verib. O, müsahibəsində SOCAR-ın perspektiv planları barədə danışıb. Tanınmış iqtisadçı Natiq Cəfərli isə R.Abdullayevin verdiyi müsahibələrdə müəyyən şübhəli məqamların olduğuna işarə vurub. FaktXəbər-in məlumatına görə, Natiq Cəfərli hər hansı bir TV kanalda 20 dəqiqə debat istəyir. Amma bu istəyin real olmadığını bilən iqtisadçı fikirlərini belə izah edir: "Rövnəq müəllim deyir ki, SOCAR Türkiyədə ən böyük investorlardan biridir, burası doğrudur, SOCAR-dan ən çox xeyir elə qardaş Türkiyə götürüb, halal xoşları olsun. Sonra da qeyd edir ki, Yaponiyada danışıqlar aparıblar, Azərbaycanın daxilində investisiyalar, zavodların modernləşməsi üçün bu ölkədən 8 mlrd. dollar kredit alacaqlar. Yəni, daxili investisiya üçün kredit alınacaq, onua da deyim ki, SOCAR-ın artıq 7 mlrd. dollar yaxın xarici borcu var, Yaponiyadan da alsalar, borc 15 mlrd. dollar qalxacaq. Yaponiya bankları beynəlxalq kredit müqavilələrini “libor +1%” prinsipi ilə bağlayır, ölkənin və şirkətin beynəlxalq kredit reytinqini mütləq nəzərə alır. Azərbaycan kimi ölkələrə belə kreditlər ən yaxşı halda 4-5%-lə verilir, yəni Yaponiyadan alınmış kreditlərin illik faizi 350-400 mln. dollar olacaq.

İndi isə daha sensasiyalı açıqlama: Rövnəq müəllim qeyd etdi ki, SOCAR İrana da ciddi investisiya qoymaq istəyir, bununla bağlı danışıqlar aparır. Bu da xub, İran bazarı perespektivli bazardır, orada investisiya qoymaq pis olmaz, amma bu nə məntiqdir ki, öz ölkəmizdə investisiya üçün Yaponiyadan borc alırıq, amma İrana və Türkiyəyə də investisiya qoyuruq?! Dövlət şirkəti olan SOCAR bu günə qədər Gürcüstanda, Rumıniyada, İsveçrədə, Ukraynada olan törəmə şirkətləri iə bağlı bir dəfə də olsun gəlir açıqlaması veribmi? Bu projelərin ölkəmizə xeyri nə qədər olub? Bəlkə elə SOCAR adı, dövlət pulu ilə törəmə şirkətlər qurub, sonrada onları ucuz qiymətə özəlləşdirəcəklər? Necə sübut edə bilərlər ki, niyyətləri belə deyil?

Nə isə, yaxşı debat ola, sən DE-yəsən, onlar BAT-a…"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
240

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
235

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 22:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru