Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2015
01:14
RAMAZAN BAYRAMI - ibadət və bağışlanma bayramı

Fitr bayramı ibadət bayramı, bağışlanma bayramıdır. Bu, mömin müsəlman üçün qısa bir hesab mövsümünün sonudur. Hansı ki, bu hesabla özündə yaxşı xüsusiyyətləri gücləndirmək, özünü islah etmək və il boyu, ömür boyu ondan faydalanmaq istəyir. Ramazan ayında bu ilahi və şəri hesab, bu nəfsini saxlamaq, aclığa, susuzluqa dözmək, nəfsani meyllərlə, ehtiraslarla mübarizə insanda yaxşı xüsusiyyətlərin güclənməsinə səbəb olur. Bəşər əslində həmin xislətlər, xüsusiyyətlər toplusundan ibarətdir. Sifətləri, nəfsani və ruhi xüsusiyyətləri yaxşı sifətlərdirsə, bu dünyadan əli dolu gedirlər. İbadət, ilahi təqva və insanın öhdəsində olan digər vəzifələr nəticə etibarı ilə insanın özünü yaxşı xüsusiyyətlər toplusu ilə nurlandıra bilməsidir. Özünü həqiqi insan kimi formalaşdıra, Uca Yaradana bənzərlik tapa bilməsidir. Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır. Şəhvətpərəstliyə adət edən, nəfsani ehtiraslara müsbət cavab verməyə adət edən insan bu ayda sözügedən adətlərə qələbə çala bilir. Bunu özü üçün qorumalıdır. Bəşəriyyətin bütün bədbəxtlikləri nəfsani istəklərdən törəyir. Bütün zülmlər, bütün hiylələr, bütün namərdliklər, ədalətsizliklər, bütün zülmkarcasına aparılan döyüşlər, bütün fasid hökumətlər, xalqlar arasında təslimçilik və zülmü qəbul etmək hamısı nəfsani meyllərə, ehtiraslara müti olmaqdan doğur. Əgər insan özündə nəfs istəklərinə qələbə çalmaq gücü tapa bilirsə, xilas olmuşdur. Ramazan ayı sizdə bunu formalaşdırır. Fitr bayramı hesablaşmaq üçündür. Allahın ziyafət zamanı sizə verdiyi mükafatı özünüz üçün saxlamaq üçündür. Özünüz üçün saxlayın, Allahla öz əlaqənizi möhkəmlədin. Əmir əl-Möminindən nəql olunmuşdur: "Bu gün Allah oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah olunmursa), o gün bayramdır". Mənim əzizlərim! Bu günü, sabahı, ilin bütün günlərini günah işlətməməklə, haramlardan çəkinməklə bayram edin.

GERÇƏK BAYRAM

Fitr namazının qunutunun duasında oxuyuruq: "Müsəlmanlar üçün bayram etdiyin bu günün xətrinə səndən istəyirik". Allah-Taala bu günü bayram etmişdir. Yəni müsəlmanlar üçün həmişə xatirəli gündür. Camaatın bir yerə toplanması, günü, dövranı, yaşam tərzini yeniləmək, insanların bir-biri ilə tanışlığı. Bu cümlənin ardınca oxuyuruq: "Məhəmməd (s) üçün tədarük, şərafət, kəramət və artımdır". Peyğəmbərin (s) mənəvi irsinin artması, genişlənməsidir. Biz İslam ümməti bu günü nə zaman özümüz üçün həqiqi mənada bayram edə bilərik? Peyğəmbərimiz (s) üçün şərafət və baş ucalığına səbəb olacaq vəziyyətə gətirib çıxara bilərik? Bu, o zaman olacaq ki, Peyğəmbərin əlinin hərəkətinə, işarəsinə baxaq, diqqət edək və ona uyğun hərəkət edək.

FİTRƏT BAYRAMI

Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə, xüşu ilə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır. Bu bayram maddi və dünyəvi bayramlardan deyil. Bu, Allahın rəhmət bayramıdır. Bu, Allahın məğfirət bayramıdır. Bu, ramazan ayını Haqqa ibadətlə, əzəmətli ilahi ziyafətə daxil olmaqla keçirən, ramazan ayında öz gücü, imkanı həddində zikrdən, duadan, təvəssüldən, xüşudan, orucdan və namazdan faydalanan insanların təşəkkür bayramıdır. Bu, müəyyən bir müddəti ibadət və riyazətlə keçirən, ilahi mükafata ümidlə, bağışlanmağa ümidlə Fitr gününə yetən müsəlmanların bayramıdır.

Əmir əl-Möminin bir kəlamında buyurur: "Bu gün Allahın oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah) olmursa, o gün bayramdır". Bizim günah etmədiyimiz gün bayram və şadlıq günüdür. Əlbəttə, Fitr bayramında bir-birimizi təbrik etmək tövsiyə olunmuşdur. Yeni geyimlər geyinmək, o günü bayram və şadlıq etmək tövsiyə olunmuşdur. Amma bu bayramın özəyi mənəviyyata diqqətdən, əfv diləməkdən, Allahdan bağışlanmaq istəməkdən ibarətdir.

RAMAZAN AYININ MÜKAFATI

Əmir əl-Möminin (ə) Fitr bayramının xütbələrinin birində buyurmuşdur: "Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri Allahdan mükafat alır". Orucun mükafatını, ramazan ayının ibadətinin mükafatını, yeyib-içməyin, nəfsani meyllərin qarşısını almağın mükafatını. "Bu gün pisəməllilər ziyankardırlar". Pis iş görənlər, yanlış davrananlar belə bir gündə öz pis əməllərinin ziyanını görəcəklər. “Bu gün cəza günüdür. Bu gün qiyamət gününə bənzər gündür. Evinizdən məscidlərə, toplum namaz yerlərinə gedişlə məzarlardan qiyamət səhnəsinə gedişinizi xatırlayın”.

Məsciddə namaza dayanmağınızla qiyamətdə Allahın qarşısında dayanmağınızı xatırlayın". Məsciddən evinizə qayıtdıqda qiyamət meydanından behişt mənzillərinizə qayıtmağınızı xatırlayın". Sonra buyurur: "Ey Allahın bəndələri! Allahın oruc tutan qadın və kişilərə əta edəcəyi ən az şey budur ki, ramazan ayının son günündə bir mələk onları çağıracaq və deyəcək: "Sizə müjdə verirəm, ey Allahın bəndələri, günahlarınız bağışlandı".

Bu ramazan ayının mükafatıdır. Düzgün oruca, ruhlu bir əmələ, ixlasla edilmiş ibadətə ramazan ayının son dəqiqələrində, bu əziz ayın son saatlarında belə mükafat verilir. Keçmiş günahların bağışlanması az mükafat deyil.

"Görün, bu gündən başlanan yeni günü necə başlayacaqsınız". Məbada fikirləşəsiniz ki, biz günah edək, növbəti ramazanda bağışlanarıq. Heç kim bilmir ki, növbəti ramazan ayınadək sağ qalacaq, ya yox. Bundan başqa, bilərəkdən edilən günah insanın qəlbini qaraldır. Belə bir insan artıq asanlıqla ixlaslı ibadət edə bilmir ki, günahı o ibadətlə yuyulsun. Çalışaq günahlardan uzaq olaq, yaxşı əməllər edək. Bir insanı xoşbəxt edən xüsusiyyət budur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54116

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52234

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53679

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53414

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58778

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53049

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53458
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 12:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru