Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2015
16:19
1837
ABŞ səfirliyinin bəyanatı və Azərbaycanda pərdəarxası çevriliş planları
"Rəngli inqilab", İŞİD təhlükəsi, Rusiyaya zərbə və Qarabağ söhbəti...

Dünən ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi şəkildə bəyanat yayaraq Azərbaycanda heç bir çevriliş hazırlamadığını açıqladı. Bəyanatda deyilirdi ki, ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu barədə olan istənilən şaiyələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”. Düzdür, səfirliyin bu barədə açıqlaması bir neçə gündür hökumətyönlü medianın yazılarına cavab xarakteri daşıyır, amma yəqin ki, deyilənlər məsələnin ciddiyyətindən xəbər. Elə politoloq Mehman Qafarlının məqaləsində də bu ciddi məsələlərə vurğu edilir.

“Parlament seçkiləri ilə əlaqədar olaraq deyə bilərik ki, üzümüzə gələn payız Azərbaycan üçün yaman gərgin olacaq. Bu seçkilərə nəinki hökumət və müxalifət qüvvələri, həmçinin respublikada seçkilərdən sonra vəziyyətin qarışmasında maraqlı olan qüvvələr də hazırlaşır. Bu səbəbdən Azərbaycanın inqilabi təlatümlərin astanasında dayandığı görünür.” FaktXəbər-in məlumatına görə, bu barədə siyasi analitik Mehman Qafarlı öz məqaləsində yazıb. Politoloqun Azərbaycanı gözləyən təhlükələr barədə məqaləsini qısa ixtisarlarla təqdim edirik.

Azərbaycan «rəngli inqilab» üçün yetişib?

Təəssüf ki, bu gün genişmiqyaslı korrupsiyalar, yüksək səviyyədə işsizlik və məmur özbaşınalığı ilə əlaqədar Azərbaycanda hökumət əleyhinə çıxışlar üçün kifayət qədər şərait yaradılıb. Ümumdünya Bankının məlumatlarına görə, son illər Azərbaycanda yaşam səviyyəsi göz görəsi aşağı düşüb və hazırda ölkə əhalisinin yarısı yoxsulluq həddində yaşayır. Xammala, xüsusən də Azərbaycan iqtisadiyyatına uyğun olan neft-qaza görə Azərbaycan «üçüncü dünya ölkələri»nin inkişaf yolu ilə getdi: Dövlət de-fakto olaraq iqtisadi cəhətdən çox zəngin, inkişaf etmiş paytaxta və yoxsul, iqtisadi cəhətdən geriləmiş regionlara bölündü. Bu səbəbdən öz bizneslərini qurmaqdan məhrum olan, yaxud doğma diyarlarında normal iş tapa bilməyən azərbaycanlılar yaxşı həyat üçün ya respublikanı tərk edir, ya da paytaxta köçürlər. Nəticədə narazı sakinlərin əksəriyyəti paytaxt Bakıda toplaşıb və ölkədəki vəziyyəti gərginləşdirmək üçün bu insanlardan hökumət əleyhinə çıxışlarda istifadə etmək daha asandır. Azərbaycan hökumətinin əleyhinə xarici faktorlar da - neftin qiymətinin aşağı düşməsi,bir çox azərbaycanlıların işlədiyi və ticarətlə pul qazandığı Rusiyanın iqtisadi cəhətdən çətinliyə düşməsi də rol oynayır. Neft qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlirləri birdən birə aşağı düşdü. 2015-ci ilin yanvar-may ayının nəticələrinə əsasən respublikanın dövlət büdcəsində 905,8 milyon manat (ÜDM 4,2 faiz) kəsir yaranıb. Yeri gəlmişkən Rusiyaya pul qazanmağa gedən azərbaycanlılar rublun devalvasiyasından sonra onlar iş tapa bilmədikləri və ya biznes qura bilmədikləri vətənlərinə qayıdırlar. Nəticədə hökumətə müxalif olanların sıraları getdikcə artır. 

Hökumət və Qərb münasibətləri

Azərbaycan hökumətinin Qərblə vəziyyətinin birdən birə kəskinləşməsi isə vəziyyəti daha da gərginləşdirdi. Aparıcı Qərb nəşrləri, o cümlədən “The Guardian”, “The Washington Post”, “The Telegraph”, “Tagesspiegel”, “USA Today”, “Le Monde”, “Der Spiegel”, BBC, “Associated Press” Azərbaycan hökumətinə qarşı informasiya müharibəsinə başladılar. Onlar mütəmadi olaraq prezident İlham Əliyev və ətrafının müxtəlif korrupsiya əməliyyatlarında iştirakı ilə bağlı rezonans doğuran məqalələr dərc ediblər. Avropa təşkilatları, o cümlədən ATƏT, AŞPA və Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətini insan haqlarının, demokratiya normalarının və söz azadlığını kütləvi şəkildə pozmaqda ittiham edirlər. Avropa Birliyinin yüksək rütbəli məmurları isə Bakıda Birnici Avropa Oyunlarının təntənəli açılış mərasiminə getməkdən imtina etdilər. Qərbin bu düşməncəsinə hərəkətinə qarşı Azərbaycan hökuməti iyulun 4-də ATƏT-in Bakıdakı ofisini bağladı. Əslində isə Qərbi, əsasən də ABŞ-ı Azərbaycanda demokratiyanın, yaxud korrupsiyanın səviyyəsi deyil, bu Qafqaz respublikasının özünün şimal qonşusuna göstərdiyi simpatiyasının müşahidə olunması maraqlandırır. Azərbaycan rəhbərliyi Rusiya ölkələri ilə daha sıx iqtisadi inteqrasiyanın vacibliyindən danışmağa və iqtisadi, humanitar sferalarda Rusiya-Azərbaycan forumları keçirməyə başladılar. Bakı Qərbin Rusiyaya qarşı heç bir sanksiyasını dəstəkləmədi, bəzi hallarda isə Azərbaycan nümayəndələri beynəlxalq forumlarda Rusiyanın mövqeyini dəstəkləməklə çıxış etdilər. Son günlər hətta Azərbaycanın Moskvanın başçılığı ilə hazırlanan Avrasiya İqtisadi Birliyinə daxil olması barədə də söz-söhbətlər gəzməyə başlayıb. 

Regionda İŞİD təhlükəsi

ABŞ üçün Rusiyanın stabil müttəfiq ölkəsi kimi olmaqdansa, Azərbaycanın xaos və qarışıqlığı daha çox sərf edir. Bu üzdən Amerika xüsusi xidmət orqanları Rusiyaya dağıdıcı zərbə vurmaq üçün «rəngli» inqilabla respublikada vəziyyəti qarışdıra bilərlər. Əgər Azərbaycan xaosa məhkum olsa və onun şimal rayonların nəzarəti vəhhabilərin əlinə keçsə, Rusiyaya məxsus Şimali Qafqazda vəziyyətin daha da gərginləşməsinə gətirəcək, hansı ki, radikallar burada «xilafət» yaratmaq istəyəcəklər. İyunun 24-də İŞİD terror təşkilatı artıq regionu öz maraqlarına uyğun zona adlandıraraq, burada öz əyalətlərinin yaradacaqlarını elan etdilər. Azərbaycanın Qərb üçün geosiyasi vəziyyətinin strateji vacib olduğu üçün Amerikanın regionda vəziyyəti qarışdırmayacağı və Qərb üçün Azərbaycanın stabilliyi istənilən «demokratik dəyişikliklərdən» daha vacib olduğu məsələsi də köklü surətdə yanlışdır. 

Enerji daşıyıcıları və Rusiya amili

Bu fikrin tərəfdarları düşünürlər ki, əgər Azərbaycan Avropa Birliyinin əsas enerji daşıyıcılarından biridirsə və Avropaya Rusiyanı ötürərək, məhz bu ölkədən neft-qaz kəmərləri keçirsə, Qərb bundan sonra da Əliyev hökumətinin nazını çəkəcək. Lakin Qərb ölkələrinin Rusiyaya qarşı verdiyi sanksiyalar onu göstərir ki, söhbət ABŞ-ın geosiyasi və hərbi hədəflərindən gedirsə, Vaşinqtonun iqtisadi cəhətdən maraqlı müttəfiqləri qurban verməli olurlar. Göründüyü kimi, Qərbin Rusiya əleyhinə sanksiyalarına görə, Avropa Birliyinin əmtəə istehsalçıları və bankları külli miqdarda itkilərlə üzləşiblər. Bu səbəbdən qeyri-stabil Azərbaycanın Rusiyanın Şimali Qafqazında vəziyyətini də qarışdırması üçün ABŞ-ın bir daha bu cür hərəkət etməyəcəyinin zəmanəti yoxdur. Xüsusən də bu ölkənin neft və qazının Amerikaya deyil, Avropa bazarlarına getdiyini, yəni söhbətin Avropanın iqtisadi maraqlarından getdiyini nəzərə almalıyıq. Bu səbəbdən Bakı Rusiyada vəziyyətin qarışması və prezident Vladimir Putinin hökumətinin zəiflədilmiəsi üçün ABŞ-ın növbəti geosiyasi qurbanına çevrilə bilər. Axı rəsmi Bakının Qərblə əlaqələrinin pisləşməsi fonunda Azərbaycanda radikal vəhhabilərin fəallaşması da təsadüfi deyil. 

Radikallar barədə narahatlıq

Dini Komitənin sədri Mübariz Qurbanlının sözlərinə görə, respublikada İslam adı ilə sələfilər, vəhhabilər, xəvariclər adı altında bir sıra radikal qruplaşmalar meydana gəlib. «Əgər biz bu dini axınlara göz yumsaq, tezliklə onlar ölkədə hökumət və dövlətə qarşı ciddi təhlükəyə çevrilə bilər», - deyə Mübariz Qurbanlı bildirib. Bundan başqa, yerli KİV-in məlumatına əsasən, bu gün yüzlərlə azərbaycanlı Suriyada İŞİD sıralarına qoşulmaqdadır, bununla əlaqədar olaraq gələcəkdə bu döyüşçülərin də Bakı hakimiyyətinə qarşı cəlb edilmiş ola biləcəkləri ilə bağlı qorxu yaranır. Məşhur azərbaycanlı radikal Suriyada İŞİD tərəfində vuruşan Xəttab əl-Azəri öz doğma hakimiyyətini korrupsiyada ittiham edir və "ədalətli islam inqilabıyla" açıq şəkildə hədələyir.

“Rəngli inqilab” üçün amillər

ABŞ-ın xüsusi xidmət orqanlarının sanballı iş təcrübəsini nəzərə alaraq, təsəvvür etmək olar ki, əgər Amerika Azərbaycanda “rəngli inqilab” etmək istəsə, nələr etməyə qadirdir. Xüsusilə də bu ölkədə korrupsiya, işsizlik problemini və azad sahibkarlığın inkişafı üçün bərabər şəraitin olmamasını nəzərə alsaq, deyə bilərik ki, bu ABŞ üçün çətin olmayacaq. Azərbaycanda hökm sürən varlı və kasıb kimi güclü təbəqələşmə buna səbəb oldu ki, ölkənin şimal sünni rayonlarında ədalətli İslam dövləti qurmaq istəyən radikal vəhhabilər günü-gündən artmaqdadır. Lakin cənub şiə regionlarında isə keçmiş SSRİ-nin bərpasının tərəfdarları kifayət qədərdir. Ona görə də, mərkəzi hakimiyyətin zəifləməsi zamanı Azərbaycan müxalifəti kütləvi etiraz aksiyalarının nəticəsində öz arasında düşmənçilik edən bir neçə əraziyə bölünə bilər. Belə ki, Rusiya ilə həmsərhəd şimal rayonları vəhhabilərin, cənub və cənub-şərq rayonları solçu qüvvələrin və zəngin paytaxtı isə qərbyönlü müxalifətin nəzarəti altına keçə bilər. Belə olduğu halda daxili xaos qaçılmazdır. 

Azərbaycan və Rusiya müttəfiq olmağa məhkumdurmu?

Moskva Azərbaycanda vəziyyətin sabitliyinin pozulmasından çox qorxur. Çünki respublikanın Rusiyanın Dağıstanla həmsərhəd olan şimal rayonlarında yaşayan radikalların o regionlar üzərində nəzarəti yaranarsa, RF-nin ərazi bütövlüyü və əmniyyəti təhlükə altında olacaq. Və əksinə, Azərbaycanda sabitlik ilk növbədə Şimali Qafqazda və Dağıstandakı vəziyyətdən asılıdır. Ona görə də Bakı Rusiyanın bu regionunda sabitliyində çox maraqlıdır. Azərbaycan hakimiyyəti yaxşı başa düşür ki, əgər Rusiya Şimali Qafqaz üzərində nəzarəti itirsə və orada hakimiyyətə radikallar gəlsə, bu bölgə ikinci Əfqanıstana çevrilə bilər. Azərbaycana isə qeyri-sabit Şimali Qafqazla qonşuluqda yaşamaq, demək olar ki, qeyri-mümkündür. Çünki oradakı xaos və ekstremizm dalğası tezliklə Azərbaycan ərazisinə keçəcək. Ona görə də Azərbaycan xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə fəal əməkdaşlıq edir ki, bu ərazini silah alveri üçün tranzit dəhlizinə çevrilməsinə imkan verməsin. Əgər Azərbaycan xüsusi xidmət orqanlarının köməyi olmasaydı, Rusiya üçün Şimali Qafqazdakı İslam ekstremizm ilə mübarizə aparmaq olduqca çətin olardı. Beləliklə, Azərbaycandakı sabitlik birbaşa Şimali Qafqazdakı sabitlikdən asılıdır. Ona görə də, ən azı, regional təhlükəsizlik məsələlərində Azərbaycan və Rusiya müttəfiq olmağa məhkumdur.

Bundan başqa, yerli KİV-in məlumatına əsasən, bu gün yüzlərlə azərbaycanlı Suriyada İŞİD sıralarına qoşulmaqdadır, bununla əlaqədar olaraq gələcəkdə bu döyüşçülərin də Azərbaycana qarşı cəlb edilmiş ola biləcəkləri ilə bağlı qorxu yaranır. Məşhur azərbaycanlı radikal islamçısı, Suriyada İŞİD tərəfində vuruşan Xəttab əl-Azəri öz doğma hakimiyyətini korrupsiyada ittiham edir və "ədalətli islam inqilabıyla" açıq şəkildə hədələyir. 

Rusiya Azərbaycanda “narıncı inqilab”a imkan vermədi

2005-ci ilin noyabr ayının əvvəllərində Azərbaycan müxalifətçiləri parlament seçkilərindən sonra Gürcüstandakı "qızılgüllər inqilabı" və Ukraynadakı "narıncı inqilab”dan ilham alaraq Azərbaycanda növbəti "rəngli inqilab” təşkil etməyə çalışdıqda, İlham Əliyevin hakimiyyətini Rusiya xüsusi xidmət orqanları xilas etmişdi. Bu haqda Azərbaycan müxalifətinin liderləri dəfələrlə məlumat verib. O zaman Rusiya xarici kəşfiyyat xidmətinin başçısı Sergey Lebedev Bakıda olub və Azərbaycan hakimiyyətinə dövlət çevrilişinin qarşısını almaqda yardım edirdi.

Parlament seçkiləri yaxınlaşdıqca müxalifət qüvvələri Azərbaycanın həm daxilində, həm xaricində fəallaşmağa başlayacaq. Bu gün Azərbaycanın bir çox məşhur müxalifətçiləri Avropa Birliyi ölkələrinə (əsasən İsveç, Almaniya, Polşa və Böyük Britaniyaya), həmçinin Türkiyə və ABŞ-a mühacirət ediblər. Oradan onlar vətəndə qalan tərəfdarlarına siyasi, informasiya və maliyyə dəstəyi göstərirlər. Bu o deməkdir ki, Azərbaycanın İlham Əliyev hökumətinə meydan oxumağa qadir olan və qarşıdakı seçkilərdən sonra ölkədəki vəziyyəti "lərzəyə gətirə" biləcək yeni güclü müxalifəti açıq şəkildə qərbyönlü və Rusiyaya qarşı olacaq.

Bu payız gərgin keçəcək

Qərbin dəstəyi ilə bu payız Azərbaycanda etiraz hərəkatının fəallığı öz kulminasiyasına nöqtəsinə çata bilər və parlament seçkilərindən dərhal sonra çox təhlükəli inqilabi vəziyyət yarana bilər. Buna görə də Əliyev hakimiyyəti yenidən Rusiyanın köməyinə ehtiyac duya bilər. Lakin bu dəfə iqtidarı xilas etmək 10 il əvvəlki qədər asan olmayacaq. Çünki bu gün yalnız müxalifətçilərlə deyil, eləcə də etiraz elektoratının böyük bir kütləsi ilə qarşı-qarşıya dayanmaq lazım olacaq. Məsələ burasındadır ki, Bakıda keçirilən Birinci Avropa oyunları ərəfəsində oradan ölkə paytaxtına qazanc dalıyca gəlmiş çoxlu sayda insanlar çıxarılmışdı. Bakı bu oyunların keçirildiyi müddət ərzində regionlardan gəlmələrin üzünə bağlanmışdı. Bu səbəbdən bir çox azərbaycanlı özünün paytaxtdakı biznesini faktiki olaraq əldən verdi. İndi həmin insanlar əsl inqilabçı əhval-ruhiyyəsi ilə Bakıya qayıtmaqdadır. Bu isə Qərb və ilk öncə Amerika xüsusi xidmət orqanları tərəfindən prezident İlham Əliyevin devrilməsi üçün istifadə oluna bilər. Buna görə də onun hakimiyyətini genişmiqyaslı inqilabi dalğalardan xilas etmək üçün tarixi bir hadisə baş verməlidir.

Belə bir hadisə isə Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyişlərin əldə edilməsi ola bilər. Əgər mənbələrdən gələn iddialara inansaq, prezident İlham Əliyev real "rəngli inqilab" təhlükəsi müqabilində hakimiyyətin sabitliyini qoruyub artırmaq üçün Moskva işğal olunmuş rayonlardan (Dağlıq Qarabağ və Ermənistan arasında olan Laçın və Kəlbəcər rayonlarını çıxmaqla) heç olmasa 5-ni qaytararaq, Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın kiçik qələbəsini təşkil etmək niyyətindədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 01:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru