Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2015
12:30
“ASAN xidmət” Qazaxdadır

Səyyar “ASAN xidmət” Qazax rayonunda qərb rayonlarının sakinlərinə xidmət göstərir.

15 gün ərzində rayon sakinlərinə xidmət edəcək quruma müraciyət edənlərin sayı günbəgün artır.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi daxildir.

Bildirilib ki, bu günədək 500-dən çox rayon sakini şəxsiyyət vəsiqəsi, 300-dən çox sakin isə ümümvətəndaş pasportu almaq üçün müraciyət edib. “ASAN xidmət”ə müraciyət edənlər vaxt itkisi və əziyyət çəkmədən sənədləşmə işlərini həll etdiklərini bildirib.

Qeyd edək ki, Qazax, Tovuz və Ağstafa rayonlarının 350 000-ə yaxın sakini iyulun 1-15-də səyyar “ASAN xidmət”dən yararlana biləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 01:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru