Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2015
14:27
Əfv ümidləri Ramazan bayramına qaldı
Novella Cəfəroğlu: “Basqılardan azad olaq”

Son aylar gündəmdə olan məsələlərindən biri də əfv oldu. Hələlik ümidlər özünü doğrultmayıb. May-iyun aylarında əfv sərəncamının veriləcəyi barədə söz-söhbətlər gəzsə də, bu, təsdiqini tapmadı. Çoxları Avropa Oyunları öncəsi bir sıra siyasilərin azad olunacağını düşünürdü. İndi də əfv ümidləri Ramazan bayramına qalıb.

Heç şübhəsiz ki, siyasi məhbuslar Azərbaycan hakimiyyətinin başağrısına çevrilib. Xüsusilə Avropa Oyunları və yarışmanın keçirildiyi müddətdə AŞ PA-nın yay sessiyasında iqtidar çətin anlar yaşadı. Amma o da bir reallıqdır ki, Azərbaycan hakimiyyəti təzyiqlər olduqda daha çox dirəniş göstərmək yolunu seçir. Bununla bir növ tam müstəqil olduğunu, diktəni qəbul etmədiyini bütün dünyaya nümayiş etdirir...

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu da xarici təşkilatların Azərbaycana qarşı olan təzyiqlərinin əleyhinədir. Hüquq müdafiəçisi hesab edir ki, bu cür təzyiqlər məhbusların işini daha da ağırlaşdırır: “Azərbaycan üçün siyasi məhbus problemi olmaya bilərdi. Amma Avropa ölkələri və təşkilatları Avropa Oyunlarını siyasi məhbuslarla əlaqələndirirlərsə, bu doğru deyil. Neçə illərdir biz bunun şahidi olmuşuq ki, Azərbaycana qarşı nə qədər çox təzyiq olanda, hakimiyyət daha çox sərt qərarlar verir. Hesab edirəm ki, hakimiyyət siyasi məhbus məsələsini çoxdan bitirməli idi. Ölkəmiz üçün bu, uğur gətirməyən məsələdir. Məni narahat edən odur ki, Avropa ölkələri Azərbaycandakı məhbuslar probleminə toxunanda konkret ad çəkirlər. Sözsüz ki, adıçəkilən məhbuslar da azad olunmalıdır. Amma bir dəfə və olsun Tofiq Yaqublu, Yadigar Sadıqov, Fərəc və Sirac Kərimlilərin adları çəkilmir. Bunların hamısı sırf siyasidilər. Pul almayan siyasilərdir. O birilər qrant alan QHT-lər idilər. Bizi çox narahat edən məsələlərdir. Görüşlərimizdə biz bu məsələni daha çox qabardırıq. Siyasi məhbuslar bu günə kimi buraxılmalı idi ki, basqılardan azad olaq. Amma bu cür basqılar düzgün deyil. Elə insanlar təzyiq edir ki, onlara hörmətim yoxdur. Bizə verilən məlumatlara görə, əfv olmalı idi. Oyunlardan əvvəl və sonra deyilirdi. Yenə də gözləyirik. Nə qədər tez olsa, Azərbaycan üçün xeyirli olar”.

Hüquq müdafiəçisi əfvin uzanmasında məmurları günahkar çıxardı: “Burada əsas günah məmurların üzərindədir. Qəsdən uzadırlar. Azərbaycan, ümumiyyətlə, bütün siyasətində müstəqil olduğunu göstərdi. Avropa Oyunları Azərbaycan üçün vacib bir proses idi. Guya Ermənistanda siyasi məhbus yoxdur? Amma Azərbaycana olan təzyiqlər niyə  onlara edilmir? Niyə Avropa Şurasında daim Azərbaycana baxırlar? Digər siyasi məhbus olan ölkələrə də təzyiqlər olmur? Bir vətəndaş olaraq, bu mənə ağır təsir edir. Dünyanın əksər yerlərində bu problem var. Bu məsələnin bitməsi üçün siyasi məhbus problemini həll etmək lazımdır. Görək bundan sonra ölkəmizə nə təzyiqlər olacaq. Mən olsaydım, belə addım atardım”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı bu aydan əfv gözlədiklərini bildirdi: “Ramazan ayı hamı üçün müqəddəs aydır. Gözləyirik ki, bu ayda belə bir fərman verilsin. Siyasi məhbuslar təbii ki, bir problemdir. Avropa Şurası ilə Azərbaycan arasında da müəyyən problemlərin yaranmasına səbəb oldu. Hər iki tərəfi razı salan addımlar atılmalıdır. Atılmasa, ölkəmiz üçün elə də xoşagələn hadisə olmayacaq. Siyasi məhbus probleminin həlli bir çox məsələləri yoluna qoyardı. Buna çox ehtiyac var. İşçi Qrupu hazırda fəaliyyətini davam etdirir. Yaxınlarda bir tədbir keçirməyi planlaşdırırıq. Keçirilərsə, mətbuata xəbər ediləcək”. /musavat.com/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54106

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52224

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53669

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53404

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58763

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53039

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru